Həlimə Əliyevanın cənazəsi Kələkiyə göndərildi: Prezident xüsusi təyyarə ayırıb
Tarix: 15.06.2019 | Saat: 14:34:00 | E-mail | Çapa göndər


Türkiyədə vəfat edən Həlimə xanımın cənazəsi Azərbaycana göndərilib.
Musavat.com xəbər verir ki, bu barədə tanınmış azərbaycanlı fəal Mete Kaya özünün facebook səhifəsində yazıb. O, Elçibəyin həyat yoldaşı Həlimə xanımın cənazəsinin hava limanından Azərbaycana yola salındığını bildirib, Türk dünyasına və mərhumun ailəsinə başsağlığı diləyib.
Qeyd edək ki, Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə xanım iyunun 14-də İstanbulda vəfat edib. O, bir müddətdir ki xəstəxanada müalicə olunurdu.
Həlimə xanım Naxçıvanın Kələki kəndində dəfn olunacaq.
**
Həlimə xanımın cənazəsini Bakıya gətirən təyyarə gecə saatlarında hava limanına enib. Onun cənazəsini yaxınları və jurnalistlər qarşılayıb. Hava limanlnda olan jurnalist Azər Niftiyev bildirib ki, mərhumənin cənazəsini başqa bir təyyarə ilə Naxçıvana, Kələki kəndinə aparacaqlar.
Elçibəyin oğlu Ərturqut jurnalistlərə deyib ki, anası doğma kəndində dəfn olunmağı vəsiyyət edibmiş. Cənazənin qarşılanmasında iştirak edınlərin bəziləri hava limanlndan Kələkiyə yola düşüblər. Azər Niftiyev yazır ki, Həlimə Əliyevanın cənazəsini Naxçıvana aparmaq üçün prezident İlham Əliyev xüsusi təyyarə ayırıb.




 
Bölməyə aid digər xəbərlər
19.07.2019
“Şəhərdən Kəndə” aqroekoturizm layihəsinin icrasına başlanılıb
19.07.2019
Milli Mətbuatın 144 illiyi ərəfəsində Nəsimi rayonunda jurnalistlərlə görüş keçirilib
19.07.2019
Naxçıvanda 535 milyon 770 min manatdan çox tikinti-quraşdırma işləri görülüb
19.07.2019
Azərbaycanda hərbi cinayətlərin sayı azalıb
19.07.2019
Yerlər dolduğu üçün Bakıda bəzi hotellər satışı dayandırdı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info