Rüstəm İbrahimbəyov müxalifəti pulu ilə hədələdi
Tarix: 12.08.2013 | Saat: 23:02:00 | E-mail | Çapa göndər


Gülağa Aslanlı: “Müsavat bu maliyyədən məlumatsızdır”

“Milli şura”nın sədri və vahid namizəd Rüstəm İbrahimbəyov Müsavat Partiyasına yaxın olan qəzetdə dərc olunan müsahibəsində şok effekti yaradacaq fikirlər səsləndirib. R.İbrahimbəyov indiki halda Bakıya gələcəyi halda “mill şura”nın seçki təbliğatına pul ayırmayacağını bəyan edib.

Müsahibədən də görünür ki, R.İbrahimbəyov Bakıya gələcəyi halda MŞ-in seçki kampaniyasına pul ayırmayacağını bəyan edib. Bəs, “milli şura” sədri bu günə qədər qurumun fəaliyyətinə pul ayırıbmı? Qurumun üzvləri R.İbrahimbəyovun bu hədə tonlu açıqlaması barədə nə düşünür? “Milli şura” üzvü, “El” Hərəkatının Ali Məclis sədri Eldəniz Quliyev deyib ki, guya R.İbrahimbəyov bu günə qədər qurumun fəaliyyətinə heç bir pul ayırmayıb: “Pensiya və ya ssenari pulu ilə seçki kapmaniyası maliyyələşdirmək olmaz. Rüstəm müəllim özü də Tiflisdə dedi ki, o bir neçə dəfə ailə büdcəsindən kiçik maliyyə xərcləyib”. Müsavat Partiyası başqanının müavini, MŞ üzvü Gülağa Aslanlı da açıqlamasında R.İbrahimbəyovun “milli şura”nın fəaliyyətinə hər hansı bir maliyyə ayırmasından məlumatsız olduğunu bildirib. O deyib ki, əgər belə bir maliyyə ayrılıbsa da, bunu ancaq Eldar Namazov bilir: “Rüstəm bəyin bu günə qədər “milli şura”ya hansı formada yardım etməsindən xəbərsizəm. Bu cür yardım olubsa da, Müsavat bu maliyyədən tamamilə məlumatsızdır. Hətta İsa Qəmbərin Tiflis səfəri də partiyanın öz hesabına olub”. G.Aslanlı onu da qeyd edib ki, R.İbrahimbvəyovun MŞ-in seçki kampaniyasını maliyyələşdirməsi məsələsi heç vaxt müzakirəyə çıxarılmayıb: “Ən azından əminliklə deyə bilərəm ki, mənim olduğum toplantıların heç birində belə bir müzakirə aparılmayıb”.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Ağsu dolayları qardan təmizlənsə də, gecə yollar buz bağlaya bilər
18.01.2019
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
17.01.2019
Ən faydalı on göyərti
17.01.2019
Elektrik enerjisinin verilişində ciddi problem yaranmayıb
17.01.2019
Külək dayanacağın damını uçurub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info