“Azərxalça”nın filiallarında Milli Qurtuluş Günü qeyd olunub
Tarix: 15.06.2019 | Saat: 14:57:00 | E-mail | Çapa göndər


“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin filiallarında Milli Qurtuluş Gününə həsr olunmuş tədbirlər keçirilib.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, əvvəlcə Cəmiyyətin İdarə Heyətinin sədri Vidadi Muradovun Milli Qurtuluş Günü münasibətilə kollektivlərə təbriki çatdırılıb.
Tədbirlərdə qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik dövrü xalqımızın Qurtuluş tarixinə çevrilib.
Ölkəmizə rəhbərliyinin birinci dövründə ağır iqtisadi, siyasi, mənəvi böhran keçirən Azərbaycanı keçmiş ittifaqın qabaqcıl respublikalarından birinə çevirən görkəmli dövlət xadimi Heydər Əliyev, əslində, qurtuluşun bünövrəsini – xalqımızı müstəqilliyə aparan yolun əsasını qoymuşdu. Böyük öndər yaxşı bilirdi ki, xalqın iqtisadi azadlığını təmin etmədən, onun tarixinə və milli-mənəvi dəyərlərinə sahib çıxmadan siyasi müstəqilliyə nail olmaq mümkün deyil.
Bildirilib ki, Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz ötən əsrin 70-80-ci illərində Azərbaycanı müstəqilliyə hazırlayıb, 1990-cı ilin noyabr ayında Naxçıvanda dövlət müstəqilliyinin bərpası istiqamətində tarixi qərarlar qəbul edərək müstəqil dövlətçiliyin əsasını qoyub.
Qeyd olunub ki, 1993-cü ildə Azərbaycan müstəqilliyini itirmək, parçalanmaq təhlükəsi qarşısında qalmışdı. Əgər 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı gerçəkləşməsəydi, Azərbaycan bir dövlət kimi yer üzündən silinəcəkdi.
Bu tarixi qayıdış Azərbaycanın varlığını, müstəqilliyini, dövlətçiliyini qoruyub saxlayıb, ölkəni parçalanmaqdan, vətəndaş müharibəsindən xilas edib. Ümummilli liderimizin hakimiyyətə gəldiyi 1993-cü ilin 15 iyunu tarixə Milli Qurtuluş Günü kimi daxil olub, Azərbaycan Respublikasının Milli Məclisi 1997-ci il 27 iyun tarixli Qərarı ilə dahi şəxsiyyətin ölkə rəhbərliyinə qayıdışı gününü rəsmi olaraq Azərbaycan xalqının Milli Qurtuluş Günü elan edib.
Vurğulanıb ki, 1993-2003-cü illərdə ulu öndər Heydər Əliyev Azərbaycanı Azərbaycana qaytarıb, müstəqilliyimizin əsl xilaskarı, Azərbaycanın qurucusu kimi öz sağlığında xalqın qəlbində heykəlləşib, əbədiləşib.
Bu gün müstəqilliyin yolları ilə inamla irəliləyən Azərbaycanda ulu öndərin amal və əməlləri dönmədən həyata keçirilir. Ölkəmiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə yeni-yeni uğurlar qazanır. Dövlət başçısının diqqət və qayğısı ilə Azərbaycan xalçaçılığı da yeni inkişaf dövrünü yaşayır.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin respublikamızın bölgələrində fəaliyyət göstərən xalça istehsalı müəssisələri bu sahənin inkişafına öz töhfəsini verir. Bütün bunları ulu öndərimiz Heydər Əliyevə və Milli Qurtuluş Gününə borcluyuq.




 
Bölməyə aid digər xəbərlər
27.02.2020
Miqrasiya könüllüləri Xocalıya ədalət kampaniyasına dəstək nümayiş etdiriblər
26.02.2020
Bəzi təşkilatlar blanklarında gerbdən istifadə edə bilməyəcək
26.02.2020
Masallıda Xocalı soyqırımının 28-ci ildönümü anıldı
26.02.2020
Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağıb
26.02.2020
Qoruyucu maskalardan düzgün istifadə qaydaları açıqlandı

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11457

1 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
2 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
3 Masallıda Xocalı soyqırımının 28-ci ildönümü anıldı
4 Gədəbəydə “ASAN Xidmət” modeli yaradıldı
5 Hakan Şükür: “Peşmanam” – Video


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info