Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının növbəti buraxılışı keçirilib
Tarix: 15.06.2019 | Saat: 15:39:00 | E-mail | Çapa göndər



Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının növbəti buraxılışı keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə nazirliyin nümayəndələri, liseyin şəxsi heyəti, müəllimlər, təhsil ocağını müxtəlif illərdə bitirmiş məzunlar, valideynlər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edənlər əlamətdar gün münasibətilə şəxsi heyəti və kursantların yaxınlarını təbrik ediblər.
Kursantlar onlara göstərilən etimadı doğruldacaqlarına, dövlətə gərəkli vətəndaş, orduya dəyərli zabit olacaqlarına, Vətən, dövlət və xalq qarşısında vəzifələrini layiqincə yerinə yetirəcəklərinə, hərbçi şərəfini hər zaman uca tutacaqlarına söz veriblər.
Mərasimdə liseyin yaş kötüyünə 2019-cu il buraxılışının rəmzi xatirə lövhəsi vurulub.
Sonra təhsildə və nizam-intizamda fərqlənən bir qrup kursanta qiymətli hədiyyələr təqdim olunub.
Məzunların bayrağı üçüncü kursa təhvil verildikdən sonra kursantlar təntənəli marşın sədaları altında tribunanın önündən keçiblər.




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Bu gün Bakıda Türk Şurasının VII Zirvə Görüşü öz işinə başlayır
15.10.2019
Vaşinqtonun türk və türkdilli icma nümayəndələri “Sülh çeşməsi” əməliyyatına dəstək mitinqi keçiriblər
15.10.2019
Ortaq mədəniyyət və tarixi köklər Türk Şurasını regionda mühüm güc mərkəzinə çevirəcək
15.10.2019
“Türkdilli yox, Türk dövlətləri deyək”
15.10.2019
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türk Şurasının VII Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçıları ilə birgə şam ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info