Doqquz yaşlı gimnast Mina Abbasova bu dəfə doğma Bakıda qızıl medal qazanıb
Tarix: 15.06.2019 | Saat: 19:23:00 | E-mail | Çapa göndər



Macarıstanda yaşayan balaca həmyerlimiz doğma Vətənimizdə qələbə sevinci yaşayıb. Belə ki, iyun ayının 12-dən 15-dək Bakıda keçirilən “Gymkids kuboku 2019” bədii gimnastika üzrə 1-ci açıq beynəlxalq çempionatda 9 yaşlı Mina Abbasova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Verilən məlumata görə,Rusiya, Belarus, Ukrayna, Qazaxıstan, Gürcüstan, Dağıstan, Macarıstan, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrin təmsilçilərinin iştirak etdikləri bu yarışda Macarıstanda yaşayan həmyerlimiz Mina Abbasova yenə də həmyaşıdları arasında fərqlənib. Müxtəlif yaş kateqoriyalarından olan 400-dən çox idmançının qatıldığı turnirdə o, 2010-cu il təvəllüdlü gimnastlar arasında qızıl medala sahib olub.
Qeyd edək ki, sayca 34-cü medalını (12 qızıl, 19 gümüş, 3 bürünc) doğma Bakıda qazanan Mina Abbasova müxtəlif beynəlxalq yarışların ən yüksək mükafatlarına layiq görülüb. O, 5 yaşından başlayaraq Macarıstanda fəaliyyət göstərən beynəlxalq dərəcəli hakim Lyubov Bernat və Inga Mackusun rəhbərlik etdiyi “Rus Rg Sport” klubunun üzvüdür. İştirak etdiyi bütün yarışlarda valideynlərinin işi ilə bağlı ezam olunduqları ölkəni – Macarıstanı təmsil etsə də, ötən ilin avqustundan etibarən Budapeştdə keçirilən XVII ənənəvi “Gracia” kuboku turnirindən sonra klub rəhbərliyinin icazəsi ilə Azərbaycan bayrağı altında çıxış edir.
Balaca gimnastımızın ən böyük arzusu ölkəmizi dünya çempionatlarında və Olimpiya Oyunlarında təmsil etmək və üçrəngli bayrağımızı zirvələrə qaldırmaqdır.
Tural




 
Bölməyə aid digər xəbərlər
28.02.2020
“Başakşehir” səkkizdəbir finala vəsiqə qazanıb
28.02.2020
UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinin cavab oyunları keçirilib
28.02.2020
Gənc azərbaycanlı şahmatçı “Aeroflot open” festivalının qalibi olub
27.02.2020
"Real" "Mançester Siti"yə, "Yuventus" "Lion"a uduzdu
26.02.2020
Mariya Şarapova karyerasını başa vurub

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11457

1 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
2 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
3 Masallıda Xocalı soyqırımının 28-ci ildönümü anıldı
4 Gədəbəydə “ASAN Xidmət” modeli yaradıldı
5 Hakan Şükür: “Peşmanam” – Video


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info