Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasnı qoydu
Tarix: 15.06.2019 | Saat: 19:41:00 | E-mail | Çapa göndər


Elşan Əhmədov
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Davamlı inkişafın planlaşdırılması və idarə edilməsi” kafedrasının müdir əvəzi, dosent, iqtisad elmləri fəlsəfə doktoru

Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1969-1982) olmuş, daha sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışmışdır. Daha sonra isə dahi şəxsiyyət yeni Azərbaycan dövlətinin qurucusu və bu gün vətənimizin ümummilli lideri olmuşdur. Böyük lider, dövlət xadimi bütün dünyada tanımış və dünyanın sosial-iqtisadi və siyasi müqəddəratını təyin edən geosiyasi və geoiqtisadi sahələrdə qəbul edilən mühüm qərarlarda əvəzolunmaz rol oynamışdır. Heydər Əliyevi çox vaxt dahi şəxsiyyətlər, dövlət xadimləri arasında, dövlət idarəçiliyi və dövlət quruculuğunda fərqlənən ABŞ-ın unudulmaz lideri, dahi dövlət xadimi Avraam Linkoln ilə müqayisə edirlər. Avraam Linkoln ABŞ-ın iki hissəyə parçalanması və vətəndaş müharibəsi dövründə ölkəyə rəhbərliyi ilə fərqlənmişdir. Vətəndaş müharibəsində ölkədə güclü qarşıdurma olmasına baxmayaraq dahi liderin güclü təkidi və inanılmaz cəsarəti ilə ABŞ-ı parçalanmaqdan xilas etmiş, dövləti bütöv şəkildə qoruyub saxlamış və quldarlığın ləğvini təmin etməyi bacarmışdır. Azərbaycanda oxşar dövr müstəqilliyin ilk illərində, yəni 1991-1993-cü illərdə baş vermişdir. 1990-cı illərin əvvəlində sosialist cəmiyyətinin siyasi quruluşu dərin tənəzzülə uğradı, Sovetlər İttifaqının çökməsi bütün postsovet ölkələrinə öz təsirini göstərdi, siyasi xaos yarandı, iqtisadiyyatın iflic vəziyyətinə düşməsi Azərbaycanı sosial çıxılmaz vəziyyətə saldı. Vəziyyətin dərinləşməsi Azərbaycana hərbi müdaxilə ilə nəticələndi, ərazisinin 20% işğal edildi, erməni təcavüzü nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvalarından didərgin edildi, erməni millətçi qəsbkarlarının siyasi soyqırım törətməsi nəticəsi olaraq, azərbaycanlılar öz doğma vətənlərində qəddarcasına qətlə yetirildi. Həmin dövr siyasi hakimiyyət boşluğu və dövlətin əsaslarının, ordu və dövlət təhlükəsizliyi orqanları da daxil olmaqla, dövlətin bütün təsisatlarının boşluğu ilə əlamətdar idi. Ermənistanın ilhaqçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti daha da gərginləşdirirdi. Vətənimiz bir yandan vətəndaş müharibəsinin eşiyində, hakimiyyət uğrunda gedən mübarizə və siyasətçilərin şəxsi çıxarları naminə çəkişmə meydanına çevrilmiş, digər yandan isə ölkə ərazisi işğal edilməkdə idi. Vətənin bu ağır dövründə Heydər Əliyev, yüksək idarəçilik təcrübəsini nümayiş etdirərək ölkəni vətəndaş müharibəsindən, böyük itkilərdən, qardaş qanı axıtmaqdan qorudu və ən əsası, Azərbaycan dövlətini və dövlətçiliyini parçalanmaqdan xilas etdi və Azərbaycan dövlətini və dövlətçiliyini bir bütün olaraq saxlamağı bacardı və onun gələcək müqəddəratını və davamlı, dayanıqlı inkişaf strategiyasının təməlini qoydu.
Əslində dövlətin bütünlüyünə və davamlı inkişafına nail olmaq bəsit olmamışdır. Hələ XX əsrin 70-ci və 80-cı illərin əvvəlində Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə istehsal, elmi-texnika və kadr potensialı inkişaf etdirildi və yüksəltdi, respublika və region üçün böyük iqtisadi inkişafın təməli qoyuldu. Azərbaycan əhalisi SSSR-i əhalisinin 2,5 faizini təşkil etdiyinə baxmayaraq, sənaye məhsullarının istehsalında ölkə ilk yerlərdən birini tuturdu. Belə ki, 80-ci illərin əvvəllərində neft avadanlığı istehsalının 70 %-i, dərin özüllü nasosların 100 %-i, elektrik qaynaq aparatlarının 10,5 %-i , kauçuk sodasının 7,8 %-i, şərab və şərab məhsullarının 1/3 hissəsi, məişət kondisionerlərinin 100%-i, soyuducuların 5,7%-i, pambıq ipliklərinin 9,6 %-i, ipək xammalının 11,7 %-i Azərbaycanın payına düşürdü. Bütün bunlar dahi şəxsiyyətin idarəçilik dövründə qısa zamanda Azərbaycanı Sovet Sosialist ölkələri sırasında qabaqcıl sənaye və inkişaf etmiş ölkələr siyahısına daxil olmasını təmin etmişdi. Bütün bunlar bir daha onu göstərir ki, ümummilli lider dünya miqyaslı dövlət xadimi idi və o böyük geosiyasi və geoiqtisadi ərazidə illərcə üzərində toplanan idarəetmə təcrübəsini ulu öndərə xas olan keyfiyyətlə, vətənin çətin vəziyyətində onun parçalanmaqdan qorunmasına və xilasına həsr etmişdir. Ümummilli liderin Moskvada istefa verdikdən sonra 1991-1993-cü illərdə öncə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi bu diyarın xilası yolunda fədakarlıq nümunələri göstərməsi və daha sonra xalqın təkidli tələbləri ilə 1993-cü il iyunun 15-də hakimiyyətə qayıtması (Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi) həyatını xalqa həsr etmə qərarının nəticəsi idi. Ümummilli Lider vətənin ağır və yaralı anında xalqın yanında olmağı, dövlət quruculuğuna yenidən başlamağı, dövlətçilik naminə mübarizə aparmağı tərcih etmiş və Azərbaycanın gələcək müqəddəratını və strategiyasını müəyyən etmişdir. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuşdur.
Heydər Əliyev Azərbaycan üçün çətin olan həmin dövrdə iqtisadi inkişaf siyasətini müəyyən etdi. Həmin dönəmdə iki variantdan birini seçmək kimi qarşısında məsul vəzifə dururdu. Ya 15-20 il ölkənin iqtisadi-maliyyə vəziyyətinin neft emalı üçün münasibliyini gözləmək, ya da bu sahədə səriştəli beynəlxalq neft kompaniyalarının ölkəyə dəvət edilməsini təmin etmək. Azərbaycanın ümummilli lideri qısa zamanda “Yeni neft strategiyasının” işlənib hazırlanması və beynəlxalq neft şirkətlərini Respublikaya dəvət etmək məqsədilə qərar qəbul etdi. Heydər Əliyev ölkənin iqtisadi cəhətdən inkişaf etdirilməsi istiqamətində mühüm qərarlar qəbul etdi. İlk günlərdən Azərbaycan Neft Şirkətinin o dövrdə vitse-prezidenti olan prezident İlham Əliyev danışıqlar mərhələsinə cəlb edildi və bu inkişaf mərhələsində aktiv iştirak etməklə onun uğurla həyata keçməsində fəal üzvlərdən birinə çevrildi.
Beləliklə, iqtisadi siyasətin mühüm istiqaməti olan yeni neft strategiyasının təməli Azərbaycan Respublikasının ümümimilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş oldu. Bakının “Gülüstan” sarayında 1994-cü ildə bağlanan beynəlxalq neft müqaviləsinin mühüm əhəmiyyətə malik olması nəzərə alınaraq, həmin müqavilə “Əsrin Müqaviləsi” adlandırıldı. Dörd dildə tərtib olunmuş və 400 səhifədən ibarət olan müqavilədə ”Azəri” “Çıraq”, “Günəşli” yataqlarından xüsusilə dənizin dərin qatlarından neft istehsalı və pay bolgüsü üzrə mühüm məsələlər öz əksini tapmışdır. ”Əsrin müqaviləsi”-də 8 ölkədən (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya, Səhudiyyə Ərəbstan) 13 beynəlxalq şirkət iştirak etmişdir (Amoco, BP, McDermott, Unikal, SOCAR, LUKoil, Statoil, Exxon, Turkia Petrolls, Penzoyl, Itochu, Remko, Delta). Bu müqavilənin imzalanması əlavə 19 ölkədən 41 neft şirkəti olmaqla 26 müqavilənin bağlanmasına səbəb olmuşdur. Bağlanmış müqavilənin şərtlərinə əsasən əvvəlcə neft-qaz sənayesinə 65 milyard ABŞ dolları həcmində investisiyanın qoyulmasına razılıq əldə edilmişdi. Ümumilikdə 1994-2014-cü illər ərzində Azərbaycanın neft sektoruna 100 milyard ABŞ dolları həcmində investisiya qoyulmuşdur ki, bu da neft-kimya sənayesinin inkişafına, Azərbaycan neftinin dünya bazarına müstəqil nəql olunması üçün neft kəmərlərinin çəkilməsinə, neft gəlirlərinin gələcək nəsil üçün toplanmasına və indiki sosial layihələrin həyata keçirilməsinə, yeni texnika və texnologiyaların tətbiqinə və xüsusi ilə yeni neft yataqlarının kəşf edilməsi, işlənməsi, qazılmasına yönəldilmişdir. Bu hadisə Azərbaycan Respublikasının ümumi iqtisadi inkişafında strateji xətt olmaqla yanaşı, ölkənin inkişafında mühüm rol oynayır və dünya miqyasında ölkənin əhəmiyyətli mövqeyini yüksəldir. “Əsrin müqaviləsi” Azərbaycanda sosial siyasətin miqyasının genişlənməsinə səbəb oldu, daxil olan böyük məbləğdə pul vəsaiti Azərbaycanın tənəzzül və xaosdan qurtulmasına imkan verdi.
Heydər Əliyev Azərbaycanın gələcək inkişafı haqqında deyirdi ki, mən Azərbaycanın iqtisadiyyatında dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara sərbəstlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılmasıdır. Bu, dövlət siyasətimizin əsas prinsipləridir.
Heydər Əliyev öz çıxışlarında bildirirdi ki, Azərbaycan bütün dövlətlərlə gərək bərabərhüquqlu əlaqəsi olsun, Türkiyə ilə, İran ilə, qonşu Gürcüstan ilə, Rusiya ilə də, Amerika ilə də, Avropa dövlətləri ilə də, Ərəbistan dövlətləri ilə də, müsəlman dövlətləri ilə də, türk dilli dövlətlərlə də, Mərkəzi Asiya dövlətləri ilə, Qazaxstanla da bərabərhüquqlu əlaqələri olmalıdır. Heydər Əliyev Azərbaycanın inkişaf strategiyasını qurarkən multikulturalizmin əhəmiyyətini ortaya qoyurdu. Burada ölkənin ümumi mədəniyyəti ayrı-ayrı xalqların mədəniyyətinin birliyi kimi götürülür və heç bir mədəniyyət üçün məhdudiyyət sərhədi yoxdur. Bu siyasət Heydər Əliyev siyasətinin davamçısı prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident qeyd etmişdir ki, multikulturalizm nisbətən yenin məhfum olmasına baxmayaraq o əsrlər boyu Azərbaycan xalqına xas xüsusiyyət olmuşdur. Müxtəlif dinlərin və millətlərin nümayəndələri əsrlər boyunca Azərbaycanda bir ailə kimi yaşamışdır. Heydər Əliyev Azərbaycanın inkişafına strateji çərçivədə baxırdı. O, iqtisadi inkişafda dövlət siyasətini müəyyən edərkən strateji yol xətti çəkirdi. İnkişafı təmin etmək üçün ilk öncə hüquqi normativ bazanı formalaşdırırdı. Zəngin dövlətçilik təcrübəsinə malik olan böyük strateq Heydər Əliyev hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi. Heydər Əliyev Azərbaycanda demokratik dövlət quruluşunun bərqərar olmasını yeni konstitusiya qəbulu ilə sıx bağlayırdı. Beləliklə Heydər Əliyev Azərbaycan Respublikasında hüquq sistemində köklü islahatlar aparmış və sosial-iqtisadi, ekoloji inkişafın sürətləndirilməsinə nail olmuşdur. Müstəqillikdən bəri Azərbaycanın iqtisadi inkişafı üç əsas mərhələyə ayrıla bilər. Birincisi, 1991-1995-ci illəri əhatə edən xaos və tənəzzül dövrü. İkincisi 1996-2004-cü illəri əhatə edən makroiqtisadi sabitlik və iqtisadiyyatın dinamik inkişaf dövrü. Üçüncüsü 2005-2017-ci illəri əhatə edən Azərbaycan Regionlarının inkişaf dövrü və Dördüncü dövr 2018-2030-cu illəri əhatə edən Azərbaycanın davamlı, inklüziv və müqavimətli inkişaf dövrü. Görüldüyü kimi, Azərbaycan Respublikası müstəqillik illərində işğala məruz qalmasına baxmayaraq köklü iqtisadi inkişaf mərhələsi qət etmişdir. Beləliklə davamlı və inklüziv inkişaf mərhələsinin təməlini ulu öndər Heydər Əliyev öz islahatlar strategiyasında müstəqillik qazanılan ilk illərdə müəyyən etmişdir. Bu gün artıq Azərbaycan Respublikası davamlı, inklüziv və müqavimətli inkişaf mərhələsindədir. Həmin mərhələ Azərbaycan Respublikasının 2018-2030-cu illərdə davamlı, inklüziv və müqavimətli inkişafını nəzərdə tutur. Həmin inkişaf strategiyası Azərbaycanı inkişaf etmiş ölkələr siyahısında qərarlaşmasını nəzərdə tutur. Bu inkişaf mərhələsi sosial-iqtisadi, siyasi, ekoloji və ictimai institutların əlaqəli və çevik idarəetmə uğuruna dayanır. Həmin institutların idarəetmə dinamika və dizaynındakı dəyişim çərçivəsi həm qlobal həm də daxili çağırışlara cavab verməlidir. Bu tip idarəetmə xüsusən adaptiv və yaxşı idarəetməyə xasdır. Onlar eyni zamanda idarəetmənin komplimentar, sinergetik və kompensasion texnologiyalarıdır. Müasir dönəmdə ölkəmiz üçün qarşıda dayanan çağrışlar isə əsasən, müharibə və miqrasiya prosesləri, qaçqın və məcburi köçkünlərin geri qayıtması, texnoloji geriləmə və bərabərsizliklə səciyyələnən inkişaf, resursların səmərəli idarə edilməsi, daşqın və digər fəlakət risklərin idarə edilməsi, su, enerji, kənd təsərrüfatı, turizm sahələrinin əlaqəli inkişaf strategiyalarını əhatə edir. Eyni zamanda, insan inkişafı və insan resurslarının davamlı idarə edilməsi, elmi nailiyyətlər və yeni texnologiyaların ölkə daxilində əldə edilməsi və lisenziyalaşdırılması, onların xaricə ixrac edilməsi və bundan əldə edilən büdcə daxilolmaları, sosial rifah və yüksək gəlir mənbələri dövlət və insan inkişafında çox yüksək nəaliyyətlər əldə etmiş ölkələrlə birgə siyahıda olmaq üçün üzərində işlənməli əsas istiqamətləri əhatə etməkdədir.




 
Bölməyə aid digər xəbərlər
21.07.2019
Yanes Kosyançiç: Azərbaycanın beynəlxalq yarışların keçirilməsində böyük təcrübəsi var
21.07.2019
Azərbaycan XV Avropa Gənclər Yay Olimpiya Festivalının keçirilməsinə tam hazırdır
21.07.2019
Milli mətbuat Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında, düşmənə qarşı informasiya müharibəsində mühüm rol oynayır
20.07.2019
“Paşinyan hakimiyyətinin zəiflədilməsi prosesinin sürətlənməsi ehtimalı qaçınılmazdır”
20.07.2019
Mediamız Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında xüsusi rol oynayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info