Milli Qurtuluş Günü xalqımızın taleyində dönüş günüdür
Tarix: 15.06.2019 | Saat: 20:16:00 | E-mail | Çapa göndər




Şamaxıda 15 iyun - Milli Qurtuluş Günü təntənəli surətdə qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər.
Heydər Əliyev Mərkəzində keçirilən yığıncaqda çıxış edən rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov diqqəti 26 il bundan əvvəl ulu öndər Heydər Əliyevin xalqın çağırışı ilə respublikamıza rəhbərliyə qayıdışına cəlb edərək vurğulayıb ki, məhz o vaxt Azərbaycanın müqəddəratı tənəzzüldən tərəqqiyə doğru dəyişib. Ulu öndərimiz siyasi müdrikliyi, zəngin dövlətçilik təcrübəsi, qətiyyəti və yorulmaz fəaliyyəti ilə o zaman respublikada yaşanan xaos və anarxiya, vətəndaş qarşıdurması, getdikcə dərinləşən sosial-iqtisadi böhran şəraitində dövlət müstəqilliyimizin bütün təhlükələrdən xilas olmasını və ildən-ilə möhkəmlənməsini, sarsılmazlığını təmin edib. Xalqımız ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşərək, milli qurtuluşun açdığı yolla parlaq gələcəyinə doğru inamla irəliləyib. Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan qurtuluşla başlayan zəfər tarixinə yeni-yeni parlaq səhifələr yazmaqda davam edir.
Tədbirdə rayon ağsaqqallar şurasının sədri Mayıl Alcanov, YAP rayon təşkilatının sədri Bəxtiyar Abbasov, Mədrəsə qəsəbə tam orta məktəbin direktoru Rahib Qasımov, YAP Gənclər Birliyinin sədri və digər çıxış edənlər Azərbaycan tarixində xüsusi önəm kəsb edən Milli Qurtuluş Gününün xalqımızın taleyində dönüş günü olduğunu vurğulayıblar. Məhz o vaxtdan başlayaraq ölkədə sabitlik bərqərar olunub, bütün sahələrdə uğurlu islahatlar həyata keçirilib, iqtisadi tənəzzülün qarşısı alınıb.
Çıxışlarda qeyd olunub ki, müasir Azərbaycanın bugünkü möhtəşəm uğurlarının bünövrəsində Ulu Öndərin işləyib hazırladığı milli dövlət quruculuğu konsepsiyası dayanır.




 
Bölməyə aid digər xəbərlər
28.02.2020
Paraqvayda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
28.02.2020
DTK-nın ermənilərlə birlikdə törətdiyi Sumqayıt hadisələrinin ildönümüdür
27.02.2020
Prezident İlham Əliyev Artur Rasi-zadəyə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenini təqdim edib
27.02.2020
Azərbaycanda koronavirus təhlükəsi ilə əlaqədar qərargah yaradılıb
27.02.2020
Prezident Artur Rasi-zadəyə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenini təqdim edib

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11457

1 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
2 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
3 Masallıda Xocalı soyqırımının 28-ci ildönümü anıldı
4 Gədəbəydə “ASAN Xidmət” modeli yaradıldı
5 Hakan Şükür: “Peşmanam” – Video


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info