Pakistanda Azərbaycanın Milli Qurtuluş Gününə həsr olunan golf turniri keçirilib
Tarix: 15.06.2019 | Saat: 22:01:00 | E-mail | Çapa göndər



Azərbaycanın Pakistandakı səfirliyinin təşkilatçılığı ilə bu ölkədə fəaliyyət göstərən bir sıra diplomatik missiyaların rəhbərləri arasında Milli Qurtuluş Gününə və Azərbaycan Diplomatik Xidmətinin 100 illik yubileyi münasibətilə qolf turniri keçirilib.

İslamabad şəhərindəki Bahriya Golf Klubunda keçirilən turnirdə Pakistanda fəaliyyət göstərən 12 ölkənin diplomatik missiyalarının rəhbərləri mübarizə aparıb. Pakistanın qadınların təcavüz hallarından müdafiəsi üzrə federal müvəkkili Kaşmala Tariq, Bahriya Şəhərciyinin icraçı direktoru, ehtiyatda olan general-mayor Məhəmməd Əli Xan turnirdə qonaq qismində iştirak ediblər.
Turnirin qaliblərinin mükafatlandırma mərasimində çıxış edən Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə 15 İyun - Milli Qurtuluş Gününün tarixi, siyasi əhəmiyyəti barədə danışıb. Səfir bildirib ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın müstəqilliyi qorundu, ölkədə hüquqi-demokratik dövlət quruculuğuna başlanıldı, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkə xaosdan xilas oldu, sivil, demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazandı.
Azərbaycan diplomatiyasının əldə etdiyi uğurları diqqətə çatdıran Ə.Əlizadə məhz ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində müstəqil Azərbaycanın artıq bu il Diplomatik Xidmətinin 100 illik tarixi yubileyini də qeyd etdiyini bildirib və tədbirdə yüksək səviyyədə iştiraklarına görə diplomatik missiyaların rəhbərlərinə, səfirlərə və qonaqlara təşəkkürünü ifadə edib.
Kaşmala Tariq və Pakistanda fəaliyyət göstərən diplomatik korpusun duayeni, səfir Atajan Movlamov çıxış edərək Azərbaycanın Milli Qurtuluş Günü və Diplomatik Xidmətinin 100 illik yubileyi tarixlərinin kəsb etdiyi önəmi vurğulayıblar.
İştirakçılar səfirliyin təşkil etdiyi maraqlı turnirə görə təşəkkürlərini və bu əlamətdar tarixlərlə bağlı təbriklərini çatdırıblar.
Çıxışlardan sonra turnirin iştirakçılarına xatirə suvenirləri, fərqlənənlərə və qaliblərə isə müxtəlif kubok və xatirə hədiyyələri təqdim olunub.




 
Bölməyə aid digər xəbərlər
21.07.2019
Gimnastımız Arzu Cəlilova dünya çempionatının ikiqat mükafatçısı olub
21.07.2019
Azərbaycan güləşçiləri Festivalın birinci gününü 4 medalla başa vurublar
21.07.2019
“EYOF Bakı 2019”: Azərbaycanın daha bir güləşçisi qızıl medal qazanıb
21.07.2019
Avropa Gənclər Yay Olimpiya Festivalının ilk qızıl medalını Azərbaycan güləşçisi Fərid Sadıqlı qazanıb
21.07.2019
Azərbaycan gimnastı Dünya Çempionatının gümüş və bürünc medallarını qazanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info