Azərbaycan Badminton Federasiyasının hesabat-seçki konfransı keçirilib
Tarix: 15.06.2019 | Saat: 23:09:00 | E-mail | Çapa göndər



Bu gün Azərbaycan Badminton Federasiyasının növbəti hesabat-seçki konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman Nazirliyinin səlahiyyətli nümayəndəsi Dəniyar Teymurlu, Azərbaycan Badminton Federasiyasının prezidenti Mikayıl Cabbarov, federasiyanın rəsmi şəxsləri, idmançı və məşqçi heyəti iştirak edib.
Milli Qurtuluş Günü münasibətilə iştirakçıları təbrik edən Çingiz Hüseynzadə ötən 4 il ərzində Azərbaycan Badminton Federasiyasının kifayət qədər tərəqqi etdiyini bildirib. MOK-un vitse-prezidenti, xüsusilə badminton üzrə beynəlxalq turnirin Bakıda keçirilməsinin bu idman növünün gələcək inkişafı baxımından böyük əhəmiyyətə malik olduğunu bildirib. O, badmintonçumuzun II Avropa Oyunlarına vəsiqə qazanmasını böyük nəticə olduğunu qeyd edib.

Azərbaycan Badminton Federasiyasının prezidenti Mikayıl Cabbarov 4 il öncə ona göstərilən etimada görə Milli Olimpiya Komitəsinə, Gənclər və İdman Nazirliyinə təşəkkürünü bildirib və ötən illər ərzində görülən işlər barədə məlumat verib. Federasiya prezidenti qeyd edib ki, son illər dövlət başçısının dəstəyi ilə bu sahədə müəyyən irəliləyişə nail olunub. O, əldə olunan nəticələrdə, bu idman növünün ölkəmizdə populyarlaşmasında Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin və Təhsil Nazirliyinin rolunu xüsusi vurğulayıb.
Mikayıl Cabbarov badmintonçularımızın beynəlxalq yarışlarda qazandığı medalları, Bakıda International Challenge seriyalı turnirin keçirilməsini, badmintonçumuzun II Avropa Oyunlarına vəsiqə qazanmasını, bu idman növünün kütləviliyi istiqamətində atılan addımları və əldə olunan digər nailiyyətləri son dörd ilin uğurları kimi dəyərləndirib.
Konfransda Azərbaycan Badminton Federasiyasının baş katibi Nəsimi Musayevin hesabatı dinlənilib.
Azərbaycan Badminton Federasiyasının prezidenti vəzifəsinə seçki keçirilib. Konfrans nümayəndələri Mikayıl Cabbarovu yenidən Azərbaycan Badminton Federasiyasının prezidenti seçiblər. Hesabat-seçki konfransında keçirilən səsverməyə əsasən Mirzə Orucov, Emin Zeynalov, Balakişi Qasımov növbəti 4 il müddətində federasiyanın vitse-prezidentləri, Nəsimi Musayev isə baş katib vəzifələrini icra edəcəklər.
Konfransın sonunda gündəlikdəki cari məsələlər müzakirə olunub. İnteraktiv şəkildə keçirilən iclasda məşqçilərlə müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Gələcək üçün hədəflər müəyyənləşdirilib.




 
Bölməyə aid digər xəbərlər
28.02.2020
“Başakşehir” səkkizdəbir finala vəsiqə qazanıb
28.02.2020
UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinin cavab oyunları keçirilib
28.02.2020
Gənc azərbaycanlı şahmatçı “Aeroflot open” festivalının qalibi olub
27.02.2020
"Real" "Mançester Siti"yə, "Yuventus" "Lion"a uduzdu
26.02.2020
Mariya Şarapova karyerasını başa vurub

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11457

1 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
2 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
3 Masallıda Xocalı soyqırımının 28-ci ildönümü anıldı
4 Gədəbəydə “ASAN Xidmət” modeli yaradıldı
5 Hakan Şükür: “Peşmanam” – Video


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info