Yaponiya ABŞ-dan İranın tankerlərə hücumu ilə bağlı sübut tələb edib
Tarix: 16.06.2019 | Saat: 12:02:00 | E-mail | Çapa göndər



Yaponiya hökuməti ABŞ-dan Ormuz boğazında iki tankerə İran tərəfindən hücumun təşkili ilə bağlı daha çox sübut tələb etdiyini bəyan edib.

AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ-a sorğu dövlət katibi Mayk Pompeonun hücumla bağlı heç bir dəlil gətirmədən İranı ittiham etməsindən sonra göndərilib. Bundan bir qədər sonra ABŞ Müdafiə Nazirliyi Yaponiyaya məxsus “Kokuka Courageous” tankerinin göyərtəsindən İrana məxsus olduğu güman edilən patrul gəmisinin partlamamış minanı götürməsini əks etdirən video yayımlayıb. Lakin Yaponiya hökumətindəki mənbələr bunun fakt olmasına şübhə ilə yanaşıblar. Yüksək vəzifəli məmurlardan biri bildirib ki, ABŞ-ın izahı şübhələrin dağılması üçün əsas vermir.
Yaponiya hökuməti hazırda müxtəlif kanallar, o cümlədən xarici işlər naziri Taro Kono vasitəsilə daha konkret sübutlar axtarır.
İyunun 13-də mətbuat konfransında M.Pompeo elan edib ki, kəşfiyyatın məlumatları, əməliyyatın icrası üçün istifadə edilən silahlar, təcrübə səviyyəsi, bu yaxınlarda İran tərəfinin gəmilərə hücumu və ərazidəki digər qrupların həmin əməliyyat üçün kifayət qədər ehtiyatlara və bacarığa malik olmaması ABŞ-ın həmin nəticəyə gəlməsinə əsas verib.
Lakin Ş.Abeyə yaxın olan mənbələr bunların İran tərəfini günahlandırmaq üçün kifayət etmədiyini bildiriblər. Hətta həmin mənbə deyib ki, ABŞ-ın sadəcə təsdiq etməsinə əsaslanaraq, Yaponiya buna inana bilməz.
Xarici İşlər Nazirliyindəki mənbə isə bildirib ki, hücumun icrası üçün təcrübəyə gəlincə, yalnız İran deyil, eyni zamanda ABŞ və ya İsrail də təqsirləndirilə bilər.
Xatırladaq ki, tankerlərə hücum Ş.Abenin İranın Ali rəhbəri Əli Xameneyi ilə Tehranda görüşü zamanı baş verib.
Baş nazirə yaxın mənbə bildirib ki, bu hücum ABŞ ilə İran arasında vasitəçi olmağa çalışan Baş nazirin nüfuzuna böyük zərbə vurub. Bu mənbə deyib ki, məsələ çox ciddidir və faktların dəqiqləşdirilməsi zamanı səhvə yol vermək olmaz.
Yaponiya hökuməti hücuma görə kimin məsuliyyət daşıması ilə bağlı hələlik şərh verməkdən çəkinir.




 
Bölməyə aid digər xəbərlər
21.07.2019
Dunay çayı antibiotiklərlə çirkləndirilib
21.07.2019
Britaniya bu gün İrana qarşı sanksiyalar elan edə bilər
21.07.2019
ABŞ-ın dövlət katibi Türkiyəyə “S-400“ sazişindən məyusluğunu bildirib
20.07.2019
İstanbulda keçirilən əməliyyat zamanı 217 cinayətkar saxlanılıb
20.07.2019
ABŞ-da isti hava altı nəfərin ölümünə səbəb olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info