Slovakiyanın ilk qadın prezidenti vəzifəyə başladı
Tarix: 16.06.2019 | Saat: 12:20:00 | E-mail | Çapa göndər



Slovakiyada mart ayında keçirilən prezident seçkilərini 58 faiz səslə qazanan Zuzana Çaputova and içərək əvvəlki prezident Andrey Kiskadan vəzifəni təhvil aldı.

Ölkənin 5-ci prezidenti olaraq vəzifəyə başlayan Z.Çaputova bununla həm də Slovakiyanın ilk qadın prezidenti olaraq tarixə düşdü.
Andiçmə mərasimində etdiyi çıxışında slovak xalqının Çekiyadan ayrıldıqdan sonra çox ciddi uğurlara imza atdığını deyən prezident ölkənin Avropa İttifaqı (Aİ) üzvlüyü, Şengen bölgəsində iştirakı, işsizlik nisbətindəki ciddi enişin müvəffəqiyyətlər arasında sayıla biləcəyini söylədi.
Çaputova onu da söylədi ki, slovakiyalı gənc jurnalist və nişanlısının öldürülməsi hadisəsinin açılması ilə ciddi şəkildə maraqlanır. Prezident Aİ-yə qatılan son ölkələr arasında avro pul vahidini istifadə etməyə başlayan tək dövlətin Slovakiya olduğunu da vurğuladı.
Qeyd edək ki, Çexiyadan 1993-cü ayrılaraq öz müstəqilliyini elan edən və 4,4 milyon seçicinin olduğu Slovakiyada ölkə prezidenti xalq tərəfindən seçilir.




 
Bölməyə aid digər xəbərlər
22.07.2019
Nigeriyada silahlılar 37 nəfəri öldürüb
21.07.2019
Dunay çayı antibiotiklərlə çirkləndirilib
21.07.2019
Britaniya bu gün İrana qarşı sanksiyalar elan edə bilər
21.07.2019
ABŞ-ın dövlət katibi Türkiyəyə “S-400“ sazişindən məyusluğunu bildirib
20.07.2019
İstanbulda keçirilən əməliyyat zamanı 217 cinayətkar saxlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info