Göyçaylı gənclər bayramlarını qeyd ediblər
Tarix: 13.08.2013 | Saat: 14:40:00 | E-mail | Çapa göndər


“Göyçay İnkişaf Mərkəzi” nin üzvləri və Göyçaydan olan aktiv gənclər Beynəlxalq Gənclər Gününü qeyd ediblər. “Göyçay İnkişaf Mərkəzi”nin sədri Əzizağa Atakişiyev çıxış edərək gənclərə aksiyaya qoşulduqlarına görə təşəkkür edib. O, Beynəlxalq Gənclər Günü və həyata keçirdikləri aksiya haqqında gənclərə məlumat verib və bu gün münasibətilə gəncləri təbrik edib. O bildirib ki, bütün dünyada qeyd olunan gənclər gününün yaradılması Birləşmiş Millətlər Təşkilatı tərəfindən irəli sürülmüş və tanınmışdı. Məqsəd bütün dünyada gənclərlə bağlı bütün məsələlərə diqqət çəkməkdi. 2000-ci ilin avqust ayında Lissabonda əsası qoyulan Beynəlxalq Gənclər Günü hər il avqust ayının 12-si qeyd olunur.
Həmçinin, Əzizağa Atakişiyev qeyd edib ki, bu gün həyata keçirdikləri aksiya 29-31 iyul tarixlərində 30 nəfər fəal gənc üçün İsmayıllı rayonunun Buynuz kəndində təşkil etdikləri “Ətraf mühit üçün təkrar istifadə” adlı gənclərin yay düşərgəsinin davamı kimi qiymətləndirilə bilər: ”Çünki, həmin düşərgənin təşkilində təşkilatımıza tərəfdaş olan IDEA (International Dialogue for Environmental Action) kampaniyası tərəfindən 6 ədəd quş yuvası təqdim olunmuşdu. Biz bu əlamətdar gündə Göyçay rayonunda bu yuvaların asılmasını təmin etməyi düşündük və bugün bu işi gənclərimizlə bir yerdə həyata keçiririk”

Günay




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
20.08.2019
Azərbaycanın avtomobil bazarında qiymətlər necə dəyişəcək?
20.08.2019
Daha 185 şəhid vərəsəsinə birdəfəlik ödəmə verilməsinə dair qərar qəbul olunub
19.08.2019
Azərbaycanda əhaliyə bu xidmət pulsuz göstəriləcək – Qaydalar təsdiqləndi
18.08.2019
Xaçmaz və Xızıya yeni polis rəisləri təyin olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info