Naxçıvanda “VII Liderlik Məktəbi-Nəqşicahan”ın açılış mərasimi olub
Tarix: 13.08.2013 | Saat: 15:29:00 | E-mail | Çapa göndər


Avqustun 12-də Naxçıvan şəhərində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə reallaşdırdığı “VII Liderlik Məktəbi-Nəqşicahan”nın açılış mərasimi keçirilib.
Mərasimdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Naxçıvanın gənclər və idman nazirinin müavini Məcid Seyidov, Naxçıvan Muxtar Respublikasının təhsil nazirliyinin aparat rəhbəri Rəşad Xudiyev, Naxçıvan Dövlət Universitetinin prorektoru Məmməd Rzayev və ATGTİ-nin sədri Şahin İsmayılov iştirak edib.
İlk olaraq açılış nitqi ilə çıxış edən ATGTİ-nin sədri Şahin İsmayılov “Nəqşicahan” layihəsinin məqsədi və onun əhəmiyyəti barəsində məlumat verib.
Daha sonra gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxış etdi və ATGTİ-nin reallaşdırdığı Liderlik Məktəbi layihəsinin gənclərin ictimai-siyasi həyata qoşulmasında əhəmiyyətindən və dövlət gənclər siyasəti haqqında danışıb.
Naxçıvan gənclər və idman nazirinin müavini Məcid Seyidov çıxış edərək dövlət gənclər siyasətində Tələbə Gənclər Təşkilatlarının (TGT) əhəmiyyətli rol oynadığını bildirib və ATGTİ-yə buna görə təşəkkür edərək “VII liderlik Məktəbi-Nəqşicahan”nın iştirakçılarına uğurlar arzulayıb.
Naxçıvan Dövlət Universitetinin prorektoru və Ali Məclisin deputatı Məmməd Rzayev Heydər Əliyevin hakimiyyəti dövrünə həyata keçirilən dövlət gənclər siyasəti haqqında söz açıb və Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirdiyini qeyd edib.
Ali Məclisin yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin aparat rəhbəri Rəşad Xudiyev öz növbələrində layihə iştirakçılarına uğurlar arzulayıblar.
Açılış mərasiminin sonunda dövlət rəsmilərinin iştirakı ilə “VII Liderlik Məktəbi-Nəqşicahanın” komandalarına (Gülüstan, Nuh Yurdu, Möminə Xatun və Qarabağlar) bayraqları təqdim olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info