İnsanlar tanımadıqları şəxslərlə təmasa niyə həvəslidir?
Tarix: 17.06.2019 | Saat: 07:11:00 | E-mail | Çapa göndər



Tanımadığımız adamlarla ünsiyyətdə olmaq, onlarla kontakt yaratmaq həm bizim özümüzə, hər də onlara müsbət təsir edir.

Bəs bunn səbəbi nədir?
APA “BBC news”a istinadla xəbər verir ki, bununla bağlı mütəxəssislər araşdırma aparıblar.
ABŞ-ın Çikaqo şəhərində səhərlər ictimai nəqliyyatla işə gedənlərə tanımadıqları adamlarla söhbət etməyi təklif edəndə onlar bunun heç də xoş bir təcrübə olmayacağını deyiblər.
Amma sonda eksperimentin müsbət nəticələndiyi məlum olub.
İnsanların yalnız 40 faizi hesab edir ki, tanımadıqları şəxslər söhbətə həvəslidirlər.
Ancaq eksperimentdə iştirak edən və yanındakıyla danışmağa başlayan hər kəs onun söhbətdən məmnun olduğunu gördü.
Araşdırma göstərir ki, yeni bir insanın bizi bəyənməsi ehtimalını düzgün qiymətləndirmirik.

Avtobus və taksilərdə aparılan təcrübələr də eyni nəticələri verib: yadlarla təmasa keçən şəxslər nəticə etibarilə bunun çox xoş olduğunu görüb.
Belə məlum olur ki, söhbət etdiyimiz şəxs də eyni hisləri yaşayır. Bir gözləmə otağında tətbiq edilən test zamanı təkcə danışmağa təşviq edilən şəxslər yox, onların həmsöhbətləri də bu təmasdan məmnun olub.
Əlbəttə, arzuolunmaz təmas heç kimin xoşuna gəlmir. Lakin biz başqa bir insana "salam" deməyin çoxları tərəfindən yaxşı qarşılandığının fərqinə varmırıq.
Yad insanlarla çox az adam təmas qurur, halbuki, yaxşı niyyətlə yaxınlaşdığınızda onlar sizinlə danışmaqdan məmnun olurlar.
Bunun səbəblərindən biri insanlarla söhbət edəndə qarşınızdakı şəxsin hisləri, düşüncələri və təcrübələrindən ibarət mənəvi bir dünyası olduğunu görürük.
Yad adamlarla qısa təmaslar dərdli bir həyatı sevinc dolu yaşama çevirmir, amma gündəlik dərdləri daha xoş bir təcrübə halına gətirə bilir.
Təbiətinə görə insan sosial varlıqdır və təmasa keçəndə daha sağlam, daha xoşbəxt olur.
Düşünə bilərsiz ki, yalnız ünsiyyətcil adamlar təmasa keçməkdən məmnun olurlar.
Amma təcrübə göstərdi ki, həm onlar, həm də qapalı şəxslər ünsiyyətdən razı qalırlar.
Araşdırma zamanı həmçinin məlum olub ki, xasiyyətiniz təcrübələrinizdən çox gözləntilərinizi nizama sala bilər.
Yad biriylə danışmağın xoş olmayacağını düşünürsüzsə, bunu heç yoxlamayacaq və gözləntilərinizin səhv olduğunu görməyəcəksiz.
Bu isə sizin başqalarından ayrı düşmənizə və əlaqələrinizin qopmasına səbəb ola bilər.
Təkcə ictimai nəqliyyatda deyil, həyatın bir çox sahələrində biz belə davranırıq.

Nəzakət göstərmək, təşəkkür etmək istəyən adamlar qarşılarındakının daha az məmnun olacağını düşünə bilirlər.
Bunun müsbət tərəflərini qiymətləndirə bilməyən şəxslər özlərinin və ətrafdakıların məmnunluğu üçün təmasın nə qədər önəmli olduğunun fərqinə varmırlar.
Gördüyünüz hər bir adamla danışın və ya sizə yaxınlaşan hər kəsə açıq olun, növbəti dəfə yad adama yardım etmək və ya onunla danışmaq istəyəndə qarşınızdakının reaksiyasından narahat olmayın.
Araşdırmamız göstərir ki, bu təmas həm sizi, həm də qarşınızdakını təxmin etdiyinizdən daha çox məmnun edə bilər.




 
Bölməyə aid digər xəbərlər
02.06.2020
Siqaret və spirtli içki aludəçiləri daha diqqətli olmalıdırlar
02.06.2020
“Əlimdə olsa, Tvitteri bağlayaram“
02.06.2020
Yerə doğru təhlükəli asteroid yaxınlaşır
02.06.2020
Pandemiyadan sonra maaşlarında artım gözlənilən peşə sahibləri
02.06.2020
Rusiyada koronavirusa qarşı dərman hazırlanıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
3 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
4 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
5 Badımcan sırdağı - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info