“iOS 13” sistemli “iPhone” pasportu əvəzləyəcək
Tarix: 17.06.2019 | Saat: 07:15:00 | E-mail | Çapa göndər



Payızda buraxılacaq “iOS 13” əməliyyat sistemi “iPhone” smartfonunda “NFC” texnologiyasından istifadə imkanlarını genişləndirəcək.

AZƏRTAC şirkətin yaydığı məlumata istinadla xəbər verir ki, “NFC” çipi vasitəsilə təkcə “Apple Pay” funksiyası ilə ödəniş etmək deyil, eyni zamanda, biometrik pasport və kontaktsız “ağıllı” kart məlumatlarını oxumaq, eləcə də “RFID” nişanları (obyektlərin avtomatik identifikasiya üsulu) ilə təchiz edilən digər qurğularla işləmək mümkün olacaq.
Yaponiya hökumətinin məlumatına görə, gündoğar ölkədə “iOS 13” sisteminə vergi və sosial sığorta ödənişlərinin köçürülməsi və dövlət xidmətlərinə çıxış üçün istifadə edilən fərdi identifikasiya kartlarının (Individual Number Card) rəqəmləşdirilməsi imkanı əlavə olunacaq.
Böyük Britaniyada isə istifadəçilərin şəxsiyyət və ya sürücülük vəsiqələri “iPhone” modelində oxunacaq ki, bu da kağız daşıyıcılardan istifadəni aradan qaldıracaq. Bu imkan artıq “ReadID” skaner əlavəsinin tərtibatçıları tərəfindən sınaqdan keçirilib.
Oxuma ilə yanaşı, “iOS 13” sistemi “NFC” nişanına yeni informasiya yazmağa imkan verəcək. “NFC NDEF Tag”, “Mifare, FeliCa”, “ISO 7816” (pasportlar üçün) və “ISO 15693” standartlarının dəstəklənəcəyi bildirilir.
Sentyabr-oktyabrda təqdim ediləcək “iOS 13” əməliyyat sistemini “iPhone 7” və daha yuxarı modellərə quraşdırmaq mümkün olacaq.




 
Bölməyə aid digər xəbərlər
21.07.2019
XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimi keçirilir
21.07.2019
İranda qum qasırğası 13 kəndin yolunu bağladı
21.07.2019
Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 62-yə çatıb
21.07.2019
Birləşmiş Ərəb Əmirliklərində xurma festivalı keçirilir
21.07.2019
Siqaret kötükləri təbiəti məhv edir və bitkilərə ziyan vurur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info