Ölkədə kütləvi surətdə «DVB-T2» standartında yayıma keçid başladı
Tarix: 13.08.2013 | Saat: 16:16:00 | E-mail | Çapa göndər


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) «Teleradio» İstehsalat Birliyi «DVB-T» və «MPEG4» standartında işləyən teleradio yayım stansiyalarını «DVB-T2» standartına keçirir. RİTN-in verdiyi məlumata görə, hazırda Azərbaycan ərazisinin 95%-dən çoxu «MPEG4», «DVB-T» formatında rəqəmli yayımla əhatə edilib. Bu günlərdə RİTN-in Elmi Şurasının iclasında mövcud stansiyaların «DVB-T2» formatına keçirilməsi ilə bağlı protokol təsdiqlənib. Artıq «Teleradio» İB tərəfindən «DVB-T» formatında işləyən mövcud teleradio yayım stansiyalarında müvafiq modulları dəyişməklə onların «DVB-T2» standartına keçirilməsi üzrə işlər aparılır. Hazırda Bakı şəhərində bir neçə «DVB-T2» standartında yayım həyata keçirən stansiya mövcuddur, gələcəkdə isə bütün stansiyaları bu standarta keçirilməsi planlaşdırılır. Mövcud «DVB-T» stansiyaları regionlarda 10-12 televiziya kanalının, Bakıda isə 24 kanalın daxil olduğu sosial paketin yayımını təmin edir. «DVB-T2» stansiyaları isə kommersiya yayım xidmətlərinin göstərilməsi üçün nəzərdə tutulub. İlk növbədə yeni formata keçid yayımı qəbul etməyə hazır olan ərazilərdə həyata keçiriləcək. Qeyd edək ki, bu standartda yayımı qəbul edən «set-box»ların və televizorların olması əsas şərtdir. Hazırda yerli bazarda aparıcı dünya istehsalçılarının bu standartları dəstəkləyən televizorlarının qiyməti 180-200 manatdan başlayır, «set-box»ların qiyməti isə 30-40 manat civarındadır.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.06.2019
Azərbaycanın hesabatı BMT-yə təqdim olunacaq
25.06.2019
Azərbaycanda bu şəxslərə verilən pul təminatı artırılır
24.06.2019
Xarici diplomatlar DOST mərkəzi ilə tanış olublar
24.06.2019
Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyir
23.06.2019
Naxçıvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkasında bolluq və ucuzluqdur

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
3 Əli Nağıyev DTX rəisi təyin edildi
4 Heydər Əliyev və bələdiyyələr
5 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info