Gürcüstan əhalisinin 12 faizdən çoxu işsizdir
Tarix: 17.06.2019 | Saat: 15:15:00 | E-mail | Çapa göndər



Cari ilin ilk rübündə Gürcüstanda işsizlik səviyyəsi 12,8 faiz təşkil edib. Əhalinin əsas işçi qüvvəsi iş üçün xarici ölkələrə üz tutur. Ölkə iqtisadiyyatına lazım olan mütəxəssislər isə xaricdən gətirilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili Borjomidə yerli sakinlərlə görüşündə deyib. Dövlət başçısı ölkədə potensial olduğunu, bununla belə mütəxəssislərin xaricdən gətirildiyini qeyd edib.
Məlumat üçün qeyd edək ki, birinci rübdə Gürcüstanda orta aylıq əməkhaqqı 1092,7 lari (təqribən 400 dollar) təşkil edib.
Gürcüstanın Milli Statistika İdarəsinin məlumatına görə, bu göstərici ötən illə müqayisədə 33,5 lari çoxdur. Ən yüksək orta aylıq əməkhaqqı maliyyə və sığorta sahəsində qeydə alınıb – 1894,3 lari (691 dollar).
Orta aylıq əməkhaqqının yüksək olduğu ikinci sahə peşə, elmi və texniki fəaliyyət (1799 lari/655 dollar), üçüncü isə informasiya və kommunikasiya sahəsidir (1751,8 lari/638 dollar).




 
Bölməyə aid digər xəbərlər
25.01.2020
Ukraynada koronavirusla bağlı şübhəli üç hal qeydə alınıb
24.01.2020
Putin hazırkı və gələcək siyasətçilərin vəzifələrindən danışıb
24.01.2020
Ermənistanda sosial obyektlər kütləvi şəkildə bağlanır
24.01.2020
Ermənistan ordusunun müqaviləli hərbçiləri xidmətdən imtina edir
24.01.2020
“Ermənistan ordusu özünəqəsd, xəstəlik, korrupsiya və cinayət mənbəyidir”

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11439

1 Türkiyə mətbəxindən “ Arnavut plovu“ -VIDEO
2 Batumidə Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb
3 20 Yanvar münasibətilə Koreyada 400 nəfər imkansız insana yemək paylanılıb
4 Abşeronda kişi keçmiş arvadının boğazını kəsib
5 Prezident İlham Əliyev: Azərbaycanın vahid və dayanıqlı dünyada rolu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info