Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb
Tarix: 18.06.2019 | Saat: 13:33:00 | E-mail | Çapa göndər


Masallı rayonunun Lürən kəndində tibb məntəqəsi üçün yeni binanın açılış mərasimi olub. Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov və aparatı, mərkəzi rayon xəstəxanasının baş həkimi Cəlil Nəzərov və kollektivi, ictimaiyyət nümayəndələri, KİV əməkdaşları və kənd sakinləri iştirak etmişlər.
Mərasimi açan Masallı RİHB-nın Lürən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Zakir Əbilov, Masallı şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov, kənd ağsaqqallı Balakərim Yaqubov, Lürən kənd tibb məntəqəsinin müdiri Narıngül Cabbarova və başqaları bölgələrdə sosial problemlərin həlli, kəndlərdə tibbi xidmətin səviyyəsinin ildən-ilə yüksəldilməsi istiqamətində Masallıda böyük işlərin görüldüyünü diqqətə çatdırmış, bunun üçün Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərinə dərin minnətdarlıqlarını bildirmişlər. Onlar son illərdə rayonda səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışmışlar.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov tibb işçilərini peşə bayramları münasibəti ilə təbrik etmiş işlərində uğurlar arzulamış rəmzi lenti kəsərək tibb məntəqəsinin açılışını etmiş və otaqlarda yaradılmış şəraitlə tanış olmuşdur.

Əlihüseyn Şükürov




 
Bölməyə aid digər xəbərlər
19.07.2019
“Şəhərdən Kəndə” aqroekoturizm layihəsinin icrasına başlanılıb
19.07.2019
Milli Mətbuatın 144 illiyi ərəfəsində Nəsimi rayonunda jurnalistlərlə görüş keçirilib
19.07.2019
Naxçıvanda 535 milyon 770 min manatdan çox tikinti-quraşdırma işləri görülüb
19.07.2019
Azərbaycanda hərbi cinayətlərin sayı azalıb
19.07.2019
Yerlər dolduğu üçün Bakıda bəzi hotellər satışı dayandırdı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info