Gürcüstanda siyasi baxışlarına görə işdən çıxarılanların sayı artıb
Tarix: 13.08.2013 | Saat: 17:23:00 | E-mail | Çapa göndər


Transparency International beynəlxalq təşkilatının hesabatında deyilir ki, 2012-ci ilin oktyabr ayının parlament seçkilərindən sonra Gürcüstanın dövlət müəssisələrindən təxminən 5.7 min nəfər xaric edilib.
Dərc edilmiş hesabat 2012-ci il oktyabrın 20-dən 2013-cü il martın 1-dək olan dövrü əhatə edir. “Bir qayda olaraq, insanların siyasi və ya digər ayrı-seçkilik üzrə təyinatdan, və yaxud da seçkilərdən ilk bir neçə aydan sonra işdən qovulması ən böyük riskdir." Bu fikirlə yanaşı qeyd olunub ki, tədqiqat dövlət idarələrinin rəsmi informasiyasının analizinə əsaslanıb. Hesabatda deyilir ki, seçkilərdən sonra nazirliklərdən , həmçinin bütovlükdə onlara tabe olan təşkilatlardan 5683 əməkdaş çıxarılıb. Onlardan 41%-i şəxsi ərizə əsasında çıxıb. Bu da məmurların öz istəyi ilə xidməti yerlərini tərk etmədiyi şübhələrini yaradır. Hesabata görə, 7008 nəfərlik yeni əməkdaşların işə qəbulu zamanı, onlardan müsabiqə yolu ilə yalnız 257-si (4%) işə təyin edilib. 3769 nəfər mərkəzi hakimiyyət orqanlarından xaric edilib. Onlardan ən çoxu Əmək, Səhiyyə və Sosial Müdafiə (883), Müdafiə (690), Daxili İşlər (897), Ədliyyə və (567) Maliyyə nazirliklərnin (278) üzərinə düşür. 1769 nəfər yerli hakimiyyət orqanlarından xaric edilib. Daha çox insanlar Kaxeti (585), İmereti (290) və Acarıstan Muxtar Respublikası (241) regionlarında işdən xaric edilib. Hesabatda deyilir : "İşdən çıxarılma seçkilərdən sonra başlandı və bəzi hallarda siyasi qərarlar təəssüratı yaradır. Çıxarılmalar ən çox оrta və aşağı dərəcəli məmurlara toxundu. Onlar demokratik ölkələrdə dövlət qulluğunun əsas dayağıdır və bir qayda olaraq, siyasi şəraitin dəyişikliyilə birlikdə dəyişmirlər. Bəzi hallarda isə işdən azad edilmələr hüquqi əsas olmadan baş verib". Transparency International inzibati orqanların rəhbərlərini siyasi və ya digər ayrı-seçkilik əsası üzrə kadr dəyişikliklərinə yol verməməyə çağırıb.


Elnarə




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10492

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info