BMT: ”Gələcəkdə Ermənistanın əhalisi 1 milyon nəfər azalacaq”
Tarix: 18.06.2019 | Saat: 15:24:00 | E-mail | Çapa göndər


Amayak Ovannisyan: ” Bizi ciddi çətinliklər gözləyir”

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin sabiq erməni prezidenti Robert Koçaryanla görüşünün yaratdığı təəssürat Ermənistanda hələ də səngiməyib. Maraqlıdır ki, Rusiyanın sabiq erməni prezidentinə göstərdiyi dəstək erməni cəmiyyətində də birmənalı qarşılanmayıb. Məsələn, Rusiyanın Kosaryana göstərdiyi dəstəyə münasibət bildirən erməni siyasətçi Ctefan Safaryan bunu Kremlin İrəvana qarşı «düşmən tərəfindən istifadə edilən» hibrid müharibə kimi dəyərləndirir. Onun fikrincə, Moskvanın bu addımı erməni cəmiyyətində anti-rus rəyinin formalaşması ilə yanaşı, Rusiyanın təkcə Ermənistanda deyil, eyni zamanda, Cənubi Qafqazda da problemlərinin artmasına təkan verə bilər.
«1in.am» saytına danışan Ermənistan siyasi elmlər assosiasiyasının sədri Amayak Ovannisyan isə daha irəli gedərək bu gün Ermənistanda bir neçə «beşinci kolon»un fəaliyyət göstərdiyini istisna etmir. Onun sözlərinə görə, onların öz aralarında apardıqları mübaricə həm də erməni xalqına qarşı yönəlib. Məhz bu mənada Ovannisyan Nikol Paşiyana vəziyyətin detallı müzakirəsi üçün özünə sadiq dostlarını ətrafına yığmağı məsləhət görür: «…Amma çox təəssüələr olsun ki, Nikol Paşinyan bu gün onunla yürüş etmiş yoldaşlarının əksəriyyətini özündən uzaqlaşdıprıb. Bu gün baş nazir onların yardım və məsləhətlərindən istifadə etmək imkanından məhrumdur».

Ermənistan Milli Statistika Komitəsinin məlumatına görə, 2019-cu il aprelindəki son siyahıyaalmada erməni əhalisinin ümumi sayı 2 milyon 962,1 min nəfər göstərilib. Bununla yanaşı, komitə 2018-ci ilin eyni dövrü ilə müqayisədə respublika əhalisinin 7,8 min nəfər azaldığını da etiraf etmək məcburiyyətində qalıb.

Ermənistana qarşı «hibrid müharibə»nin məhz Rusiya tərəfindən aparıldığını istisna etməyən erməni siyasətçi ölkəsində bunun «təchizatçı»sının olduğunu da istisna etmir: «…Ona görə də bizi gözləyən ciddi çətinlikləri qarşılaşmağa hazır olmalıyıq. Qeyd etməliyəm ki, əgər qonşu Gürcüstan yaxın zamanlarda NATO-ya üzv olarsa, bu halda Rusiya-Gürcüstan münasibətlərindəki pisləşmə Ermənistana da təsirsiz ötüşməyəcək. Bunu Gürcüstan nümayəndəsi Abaşidze ilə də danışıqlar aparan Rusiyanın Xarici İşlər nazirinin müavini Qriqori Karasin də istisna etmir. Karasinin fikrincə, bu halda təkcə Ermənistanın deyil, həm də bu ölkədə yerrləşən Rusiyaya məxsus 102-ci hərbi bazanın maddi-texniki təchizatı məsələsi də çətinləşəcək. Təbii ki, bu halda, Cənubi Qafqaz regionunda hərbi və siyasi varlığını itirməklə üzləşə bilən Moskva xilas üçün müxtəlif yollar axtarmaq məcburiyyətində qalacaq. Şübhəsiz ki, Rusiyaya məxsus 102-ci hərbi bazanın Gümrüdən köçürülməsi də istisna edilmir. Məhz bu mənada, Ermənistanı qarşıda hansı aqibət gözlədiyini təsəvvür etməyə dəyər».
Maraqlıdır ki, «ağır həyata» dözümü olmayan bir çox ermənilər Ermənistanı qarşıda gözləyən çətinlikləri gözə alaraq artıq ölkəni tərk etməkdə davam edirlər. Burada hətta Nikol Paşinyanın verdyi yalan vədlər də kara gəlmir. Məsələn, BMT-nin 2100-cü ilə qədər müxtəlif ölkələrdə əhali proqnozunu əks etdirən son demoqrafik hesabatında Ermənistan əhalisinin 2100-cü ilədək 2 milyon 39 min nəfər olacağını bildirib. Qeyd edilməlidir ki, bu Ermənistandakı əhalinin 2018-ci ildəki sayından 913 min nəfər azdır.
Xatırlatmaq yerinə düşər ki, Ermənistan Milli Statistika Komitəsinin məlumatına görə, 2019-cu il aprelindəki son siyahıyaalmada erməni əhalisinin ümumi sayı 2 milyon 962,1 min nəfər göstərilib. Bununla yanaşı, komitə 2018-ci ilin eyni dövrü ilə müqayisədə respublika əhalisinin 7,8 min nəfər azaldığını da etiraf etmək məcburiyyətində qalıb.
Belə görünür ki, nə sabiq prezident Serj Sarkisyanın Ermənistanda yaşayan ermənilərin saını 4 milyona çatdıracağı barədə verdiyi vədlər, nə də indiki baş nazir Nikol Paşinyanın ölkədə demoqrafik vəziyyətin yaxşılaşdırılması üçün şura yaradılması ilə bağlı verdiyi qərar heç bir kara gəlməyəcək («Novosti Armeniya»).
Ağasəf Babayev





 
Bölməyə aid digər xəbərlər
19.09.2019
“Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
16.09.2019
“Müəllim olmaq istəyənlərin sayı artır“
10.09.2019
Vladislav Kanevski: “Azərbaycan beynəlxalq aləmdə güclü oyunçuya çevrilib”
05.09.2019
Ayrı-ayrı Avropa ölkəsində oturan iki müxalifətçinin də internetini hakimiyyət kəsdi?
02.09.2019
Norveçdə keçirilən bələdiyyə seçkilərində Azərbaycan əsilli xanım namizəd iştirak edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info