“Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
Tarix: 18.06.2019 | Saat: 16:06:00 | E-mail | Çapa göndər


683 bal toplayan Samilə Qədəşova: “Ən böyük arzularımdan biri, həkim sənətinə yiyələnmək, onun sirlərini bilmək və doğma respublikamızın səhiyyəsinə öz töhfəmi verməkdir”


Gənc nəslə qayğı, onların sağlam, bacarıqlı və təhsilli yetişdirilməsi Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən birini təşkil edir. Təhsil sisteminin düzgün təşkili, gənclərin müasir elmi-pedaqoji biliklərə yiyələnməsi, müasir texnologiyaları mənimsəməsi, istedadlı gənc kadr potensialının formalaşması və onlardan səmərəli istifadə məqsədilə dövlət fəaliyyəti həyata keçirilir. Eyni zamanda gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, gənclər təşkilatlarının formalaşması, inkişafı üçün yaradılan şərait və imkan böyük diqqətin nəticəsidir. Ali və orta ixtisas təhsili məktəblərinə tələbə qəbulu da dövlətimizin təhsil sahəsində siyasətinin strateji əhəmiyyətli istiqamətlərindən biridir. Hər il minlərlə abituriyent yüksək bal toplayaraq müxtəlif ali təhsil müəssislərinə daxil olurlar. Cari ildə də keçirilmiş ilk qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlər var. Müsahibimiz belə gənclərdən biri, Samilə Xalidşah qızı Qədəşovadır:

- Mən 2003-cü ildə Siyəzən şəhərində müəllim ailəsində anadan olmuşam. 2008-ci ildə Siyəzən şəhər M.Müşfiq adına 2 saylı tam orta məktəbin 1-ci sinfinə qəbul olmuşam. 2017-ci ildə həmin məktəbin 9-cu sinfini "Ümumi orta təhsil haqqında fərqlənmə attestatı" ilə bitirmişəm. Məktəbin 10-cu sinfində texniki təmayüllü sinifdə oxumuşam və 4-cü ixtisas qrupuna hazırlaşmışam. Bu il məktəbin 11-ci sinfini əla qiymətlərlə bitirmişəm. Buraxılış imtahanında 300 baldan 295, qəbul imtahanında isə 400 baldan 384.5 bal (cəmi 679 bal) toplamışam. Arzum Azərbaycan Tibb Universitetinə qəbul olub, həkim olmaqdır.

- Bu il orta məktəbi başa vurmusunuz. Öncə 11 il təhsil aldığınız məktəblə bağlı təəssüratlarınızı bilmək istərdik.

- Düzünü desək, məktəbimizin təmirə ehtiyacı var. Lakin buna baxmayaraq məktəbimizin bütün müəllim kollektivi və rəhbərliyi bizim üçün əlindən gələni edir. Xüsusi ilə də müəllimlərim: Zeyvər Cəbiyeva, Mətanət Qədəşova, Samirə Hüseynli, Mehparə Tağıyeva, Mehriban Qasımova, Məlahət Mehdiliyə çox minnətdaram. Eyni şəkildə biz şagirdlər də yüksək nəticələr əldə etmək üçün səylə çalışırıq.

- Siz artıq buraxılış və ali məktəbə qəbul imtahanında iştirak etmisiniz. Bu imtahanlarla bağlı nə deyərdiniz?

- Bu ilki abituriyentlər, mən də daxil olmaqla, yeni modellə imtahan verdik. Yeni modeldə imtahan, açığı, məni çox qorxudurdu.

- İmtahanlar barədə danışardınız. Necə keçdi, suallar asan idimi? Ümumiyyətlə, imtahanın gedişindən razısınızmı?

- İmtahanın gedişindən çox razıyam. Buraxılış imtahanı dinləmə mətni ilə başladı. Səs olduqca aydın idi. Suallar asan idi. Bir neçə sualda şübhəli qalmışdım. Yazılı suallarımdan birinin qiymətləndirilməsi zamanı səhvə yol verilmişdi. DİM-in apelyasiya komissiyasına müraciətdən sonra bu problem mənim xeyrimə aradan qalxdı və yekunda 683 bal topladım. Qəbul imtahanında isə bəzi suallarda çətinlik çəkdim.

- Bu gün abituriyentlərin bir çoxu imtahana hazırlaşarkən repetitora üstünlük verirlər. Siz necə, bundan yararlanmısınızmı?

- Bəli, xüsusi ilə də son iki ildə hazırlaşdığım bütün fənlərdən repetitora müraciət etmişəm.

- Əvvəlcədən bu qədər bal toplayacağınızı bilirdinizmi?

- Xeyr. Yeni imtahan modeli məni o qədər qorxutmuşdu ki, maksimum 650 bal toplayacağımı gözləyirdim.

- Siz ikinci dəfə qəbul imtahanında iştirak etmək niyyətiniz varmı?

- Bəli, balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm.

- Hazırda həkim ixtisasını seçmək qərarına gəlmisiniz. Niyə məhz bu peşəni seçirsiniz?

- Həkim peşəsi olduqca məsuliyyətli və çətindir. Bu peşəni seçdim, çünki insanlara yardım etməkdən həzz alıram. Mənim ən böyük arzularımdan biri, həkim sənətinə yiyələnmək, onun sirlərini bilmək və doğma respublikamızın səhiyyəsinə öz töhfəmi verməkdir.

- Abituriyentlərə nə məsləhət görərdiniz?

- Həqiqətən yüksək nəticə əldə etmək istəyən abituriyentlər hədəfə gedən yollarını müəyyən etməli, o yolun sonundakı məqsədə çatmaq üçün isə gecəni gündüzə qataraq çalışmalıdırlar. Mən son iki ildə yüksək nəticə əldə etmək üçün əlimdən gələni edirdim. Bəzən kiçik uğurlar qazandıqda özümü mükafatlandırırdım: dərslərimə bir az fasilə verib istirahət edirdim.

- Hazırda başqa nəyə maraq göstərirsiniz? Məsələn, idman, yaxud mədəniyyət sahəsində...

- Əslində dərslərlə məşğul olmaqdan digər sahələrə maraq göstərməmişəm. Amma yayda bədii kitablar oxumağı planlaşdırıram.

- Gələcəkdə təhsilini xaricdə davam etdirmək istərdinizmi?

- Bəli magistr təhsilimi Almaniyada davam etdirmək istərdim.

- Valideynləriniz bu peşəni seçməyinizi necə qarşılayır?
- Əvvəlcə çox əziyyətli bir yol olduğunu bildikləri üçün tərəddüdlü idilər. İndi isə seçimimdə sona qədər arxamda olduqlarını deyirlər.

- Universitet həyatı sizə nə verəcək?

- Universitet biliklərimi daha da təkmilləşdirməyə imkan verəcək, mənə həkimliyin ilk anlayışlarını öyrədəcək bir qapıdır.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.07.2019
Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
16.07.2019
ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
16.07.2019
“Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
15.07.2019
“4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
15.07.2019
Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info