“Milli şura” “namizədlər şurası”na çevrilir
Tarix: 13.08.2013 | Saat: 18:42:00 | E-mail | Çapa göndər


Mehman Əliyev: “İbrahimbəyov gah vahid namizədlə iştirakı, gah da “milli şura”nın 4-5 namizədlə seçkiyə qatılmasını təklif edir.”


“Milli şura”nın keçirilən sonuncu sessiyasında quruma üzv olmayan Rafiq Əliyev, Cəmil Həsənli və Gültəkin Hacıbəyli ilə yanaşı, jurnalist Mehman Əliyevin də namizədliyinin irəli sürülməsi ilə bağlı təkliflər səslənib. Maraqlısı isə budur ki, qurumda alternativ namizəd kimi qalan İsa Qəmbərin namizədliyindən belə, söz açılmayıb. Bu, bir daha “milli şura” daxilində ciddi fikir ayrılığı və narazılıqların qalmasından xəbər verir. İş o yerə çatıb ki, hətta Mehman Əliyev onun namizədliyinin yenidən gündəmə gətirilməsinə reaksiya verərək, bunun mümkünlüyündən danışıb. Bu isə sosial şəbəkələrdə müsavatçıların narazılığı ilə qarşılanıb. Onlara məxsus olan qruplarda Mehman Əliyevin açıqlamalarını yayan müsavatçılar bunu AXCP-nin oyunu kimi qiymətləndiriblər. Onlar cəbhəçiləri hər nə yolla olur-olsun İsa Qəmbərin namizədliyi yolunda çəpər qurmağa cəhddə ittiham edirlər.
Qeyd edək ki, Mehman Əliyev açıqlamasında vahid namizədə razılıq verməsini real sayıb : “Lazım gələrsə, mən proseslərdə iştirak edib “milli şura”nın vahid namizədi kimi iştiraka razılıq verə bilərəm. Cəmil Həsənli artıq məsələ ilə bağlı mövqeyini bəyan edib. Rafiq Əliyev bu proseslərdən uzaqlaşıb və inanmıram yenidən proseslərə qatılsın. Gültəkinin qərarını isə deyə bilmərəm. Amma mən vahid namizəd olmağa razılıq verərəm”.
M.Əliyev hesab edir ki, əsas məsələ “milli şura”nın vahid namizədi olmaq deyil, əsas məsələ seçki prosesidir və bundan istifadə edib yararlanmaq lazımdır: “Fikrimcə, bu proseslərdə iştirak etmək ölkənin xeyrinə olacaq və bu prosesdə bütün siyasi qüvvələr birgə addımlaya bilər. Bu baxımdan mən prosesdən qaçmıram və axıradək bu prosesdə iştirak edəcəyəm”. M.Əliyev onu da əlavə edib ki, bu məsələlər “milli şura”dan və oradakı siyasi qüvvələrin qərarından asılıdır: “Çünki, “milli şura”dakı duruma baxmaq lazımdır. Orada durum hər gün dəyişir. Rüstəm İbrahimbəyovun da mövqeyində dəyişikliklər baş verir. Əgər o əvvəlcə bir neçə namizədlərin iştirakının tərəfdarı idisə, sonradan yalnız özünün vahid namizəd olaraq irəli sürülməsini təklif etdi. Amma indi yenidən mövqeyində dəyişiklik olub və “milli şura”nın 4-5 namizədlə seçkiyə qatılmasını təklif edir. Əsas məqsədi də odur ki, o özü qatıla bilməyəcəyi təqdirdə, proses dayanmasın və davam etsin. Yəni bütün bunlar “milli şura”nın qərarından asılıdır. Ona görə də indidən nəsə demək tezdir. Odur ki, indiki məqamda prosesləri müşahidə etməklə məşğulam. Orada siyasi diskussiyalar əsasən siyasi partiyalar arasında gedir və hər şey onların qərarından asılıdır”. M.Əliyev “milli şura”da olan siyasi partiyaların bir araya gəlib öz aralarından bir namizəd seçməsi məsələsini də istisna etmir. Rafiq Əliyev də bu təklifə reaksiya verib. Radikal müxalifətçilərin namizəd oyunundan cana doyan alim görünür özü də siyasətdə iyrənc metodlara əl atan müxalifətçilərdən bezib. O, məsələlərə reaksiya vermək istəməyib: “Mən proseslərdən uzağam və indiki halda cavab verə bilmərəm”.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir
20.11.2018
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib
20.11.2018
Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info