“Yeni Avropa böhranı qayıdır”
Tarix: 13.08.2013 | Saat: 19:47:00 | E-mail | Çapa göndər


“Merkel öz fəaliyyəti ilə Yunanıstanın problemlərini daha da dərinləşdirir, Avropanın xərclərini daha da artırır”


Alman nəşri olan “Frankfurter Rundschau”nun müxbiri Markus Zivers yazır ki, 22 sentyabrda keçiriləcək parlament seçkilərindən sonra avrozonadakı böhrana görə alman vergiödəyicilərinin ödənc verməsi təhlükəsi getdikcə artır. Bundesbankın növbəti açıqlamasındakı məlumatlara görə, Yunanıstan təcili bir zamanda tam maliyyə paketindən ibarət yardım istəyir. Ekspertlər qeyd edirlər ki, Yunanıstanın böhrandan qaçması üçün 2014-cü ilin başlanğıcından gec olmayaraq ona yeni kredit çatdırılmalıdır. Bu fikri Beynəlxalq Valyuta Fondu da təsdiqləyir. Amma Almaniya kansleri Angela Merkel bütün mümkün vasitələrlə Yunanıstana maliyyə yardımı paketi ilə bağlı müzakirələrdən qaçmağı arzulayır: çünki əgər keçən dəfə yalnız banklar, sığorta cəmiyyətləri və digər özəl müəssisələr bu məsələdə itirmişdilərsə, bu dəfə yük vergiödəyicilərinin üzərinə düşəcək. Alman “yaşıllar”ının lideri Yurgen Trittin bəyan edib ki, Merkel Yunanıstanda yaxın zamanda heç bir şey olmayacağını deməklə, növbəti dəfə seçicilər qarşısındakı qorxusundan almanları aldatmaq istəyir: “Merkel öz fəaliyyəti ilə Yunanıstanın problemlərini daha da dərinləşdirir, Avropanın xərclərini daha da artırır, maliyyə yardımı edilməısi müddətinni isə uzanmasına səbəb olur”. Federal kansleri həm də Almaniya Sosial-Demokrat Partiyasının büdcə məsələləri üzrə spikeri Karsten Şnayder və “Almaniya üçün alternativ” adlı yeni partiyanın spikeri Bernd Lüke tənqid edib. “Almaniya üçün alternativ” Partiyasının bəyanatında deyilir: “Bu gedişlə alman hakimiyyəti özünün maliyyə siyasətinin iç üzünü gizlətməyə çalışır”.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
İsveçrə səfiri Məmməd Musayevlə görüşüb
25.09.2018
Avropa İnvestisiya Bankı ilə müzakirələr aparılıb
25.09.2018
AZPROMO-da təlim keçirilib
25.09.2018
Bakı Nəqliyyat Agentliyi: 7 müntəzəm marşrut müsabiqəyə çıxarılıb
25.09.2018
Azərbaycan məhsullarının Rusiyaya ixracına dair müqavilələr imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info