Rüstəm “bəy”in əsas məqsədi seçkidən pul qazanmaqdır
Tarix: 13.08.2013 | Saat: 20:15:00 | E-mail | Çapa göndər


“Milli şura”nın sədri və prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyovun Bakıya gəlmək istəməməsi nəinki Müsavat Partiyasını, hətta onun vahid namizəd kimi qalmasının tərəfdarı olan müxalifətçiləri də pis vəziyyətdə qoyub. Ən maraqlısı isə budur ki, kinodramaturq Bakıya gəlmək istəməməsini müxtəlif bəhanələrlə əsaslandırmağa çalışır və onu qınayanları isə hakimiyyətə işləməkdə ittiham edir. Kinodramaturqun bu ittihamları hətta onu dəstəkləyənlərin də hiddətinə səbəb olur. İbrahimbyovun siyasətdə qeyri-ciddi imicinin daha da korlanmasına gətirib çıxaran bu prosesləri əvvəldən də proqnozlaşdırmışdıq.
Maraqlıdır ki, həmişə ehtiyat namizəd ideyasına qarşı çıxan və buna görə də Müsavat Partiyasını “milli şura”ya az qala xəyanətdə ittiham edən Əli Kərimli də ehtiyat namizəd məsələsindən danışmağa başlayıb. Görünür Əli Kərimli də artıq hiss edib ki, Bakıya dönmək fikri olmayan kinodramaturqun siyasi proseslərə qatılmaqda əsas məqsədi maliyyə maraqları olub. Təsadüfi deyil ki, İbrahimbəyov son açıqlamasında da müxalifətlə təhdid dilində danışaraq maliyyənin seçkidə əsas məsələ olduğunu deyib. O, dolayısı ilə bu maliyyəni tapmaq iqtidarında olduğunu da dilə gətirib.
Rüstəm İbrahimbəyovun fikirlərinə nəzər salaq: «Seçki kampaniyasına böyük miqdarda pullar lazımdır, onların isə pulları yoxdur və onu təşkil eləyə bilmirlər. Mən gəlib Bakıda qalsam, Bakıdan çıxmağıma imkan verilməsə, o pulları kim təşkil edəcək? Yaranmış problemlərin çoxunu ancaq mən həll edə bilərəm. Həll eləmək üçün də bu dəqiqə Azərbaycanda olmalı deyiləm. Bu gün xaricdə qalmağım çox şeyləri həll edir. O cümlədən vəsait problemini».
Buradan bir daha görsənir ki, İbrahimbəyovun seçki oyununa qatılmasında və müxalifəti bir araya yığıb qondarma qurum yaratmasında əsas məqsdi elə onun maliyyə maraqaları və özünə pul toplamaq olub. O, xarici ölkələrdəki dayaqlarından pul toplayıb, sonda müxalifəti də dərədə qoyub, aradan çıxacaq. Əslində, heç aradan çıxmağa da ehtiyac yoxdur. Çünki, İbrahimbəyov Azərbaycana gəlməyib və elə ilk gündən ortalıqda görünməyərək müxalifəti tək qoymuşdu.
Açıqlamasında özünü az qala bir qrup siyasətçinin «pul kisəsi» kimi təqdim etməsi, həm də bu pulların məhz xaricdə axtarıldığını ifadə etməsi ciddi araşdırma mövzusudur. Kinorejissor sanki çəkəcəyi filmə xaricdə sponsor axtarırmış kimi, seçkilərdə iştirak etmək üçün ünvanını açıqlamadığı dairələrdən vəsait aldığını etiraf edir. Həm də heç özünün də fərqində olmadığı bir təkəbbürlə ona dəstək verən siyasi partiyaları və onların rəhbərlərini aşağılayır.
Bundan əlavə, Rüstəm İbrahimbəyov açıq formada ifadə edir ki, müxalifətdə olan hər kəsi pul düşündürür, “milli şura”dakılar ona pul mənbəyi kimi baxırlar. Yəni «pul istəyirsiniz, yoxsa mənim həbsimi?» mesajını çatdırır.Məhz bu mesajdan sonra “milli şura” onun xaricdə qalmaq qərarı ilə hesablaşaraq, İbrahimbəyovun rəsmən vahid namizədliyini irəli sürdü.
İbrahimbəyovun xaricdən əldə edəcəyi maliyyəyə eyham vurmasından ortaya belə bir fikir də çıxır ki, Rüstəm İbrahimbəyov Azərbaycanı sevməyən və burada marionet bir hakimiyyətin qurulmasında xüsusi səylər göstərənlərin vasitəsi ilə hakimiyyətə gəlmək istəyir. İbrahimbəyovu da maliyyələşdirən elə həmin insanlardır. Onların arasında ermənilərin olması da istisna deyil. İbrahimbəyovun ermənilərlə sıx dostluğu hər kəsə məlumdur. Hətta bu yaxınlarda özünü Azərbaycan vətəndaşı kimi qələmə verən bir erməni ölkəmizdə prezident olmaq iddiasını ortaya qoyarkən, Rüstəm İbrahimbəyovla görüşün labüdlüyünü önə çəkib. Təbii ki, bu detallar diqqətdən yayınmalı deyil.
Qısası Rüstəm İbrahimbəyov Bakıya gələsi deyil. Daim özünün biznes maraqlarını hər şeydən öndə tutan bu kinodramaturqa elə siyasi proseslərə qatılmasında da biznes maraqları önəmli rol oynadı. O, seçki və müxalifətin adından istifadə edib, maliyyə əldə edəndən sonra qaçacaq. Təbii ki, İbrahimbəyov müxalifətin də ağzına maliyyə mənbələrinin haradan olmasını deməmələri, sakit durmaları üçün beş-on manat pul atacaq.

Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
25.09.2018
Azərbaycanın XİN rəhbəri GUAM-Yaponiya Nazirlər görüşündə iştirak edib
24.09.2018
XİN yayılan məlumatı araşdırır
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info