“Kıbrıs mövzusunda federasiya prosesi sona çatdı”
Tarix: 19.06.2019 | Saat: 09:22:00 | E-mail | Çapa göndər



Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin baş naziri Ersin Tatar Kıbrıs mövzusunda federasiya prosesinin sona çatdığını söyləyib.

Türk Agentliyi Kıbrısın (TAK) xəbərinə görə, baş nazir Tatar TMT Mücahidlər Dərnəyinin rəhbərlirini qəbul edib.
Baş nazir Tatar qəbulda etdiyi çıxışda deyib: "Şimali Kıbrıs Türk Cümhuriyyətini gücləndirmək və inkişaf etdirmək, Kıbrıs Türk xalqını rifahla təmin etmək, bu torpaqlardakı haqq və mənfəətləri qorumaq üçün mübarizəmizi davam etdirəcəyik. Kıbrıs məsələsinin həllində isə federasiya prosesi bitdi, alternativ düşüncələrin masaya gətirilməsi lazımdır".
Ersin Tatar Avropa İttifaqı (Aİ) daxilində iki dövlətin görüş keçirə biləcəyinin ilk dəfə hökumət proqramında yer aldığına diqqət çəkərək, “Türkiyə Cümhuriyyətinin ən səlahiyyətli xadimləri də bundan söz aparır. Eyni minvaldakı görüş prosesinin başlamasının bir mənası yoxdur. Rumlar Şərqi Aralıq dənizində beynəlxalq hüquqa zidd hərəkət edir və Türk tərəfinə meydan oxuyur. Bunu qəbul etməyimiz qeyri-mümkündür. Haqq və maraqlarımızı ən yaxşı şəkildə qorumaqda davam edəcəyik, hökuməti də anlayışla davam edəcəyik"deyə bildirib.
Baş nazir Tatar Orta Şərq və Şərqi Aralıq dənizindəki vəziyyətə, Türkiyənin mövqeyinə və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın son günlərdəki açıqlamalarına diqqət çəkərək, “Mübarizəmizə kifayət qədər dəstək olur, bu bizim üçün böyük əhəmiyyət daşıyır” deyib.




 
Bölməyə aid digər xəbərlər
20.07.2019
Cari ilin birinci yarısında Gürcüstanda 150-yə yaxın insan itkin düşüb
20.07.2019
Ukraynada parlament seçkilərində təhlükəsizliyi xüsusi təyinatlılar qoruyacaq
20.07.2019
Gürcüstanda onkoloji xəstələrin sayı artıb
19.07.2019
İcevan hadisələri Paşiynvanın sonunu gətirə bilər
19.07.2019
Eldar Qasımov Gürcüstanda azərbaycanlı uşaqlarla bir arada

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info