İsa Həbibbəyli: Maaş artımı AMEA-nın 300-dən çox əməkdaşına şamil edilir
Tarix: 19.06.2019 | Saat: 14:26:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti və aparatı, Gəncə bölməsinin aparatında çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşlarının 2019-cu il sentyabrın 1-dən orta hesabla 40 faiz artırılması barədə sərəncam AMEA-nın Rəyasət Heyətində təmsil olunan və ona bağlı idarəetmə qurumlarında çalışan 300 nəfərdən çox əməkdaşa şamil edilir. Bunu özəl olaraq Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli deyib.
Onun sözlərinə görə, sərəncam AMEA Rəyasət Heyəti Aparatının əməkdaşlarının əməkhaqqının 40 faiz həcmində qaldırılması Azərbaycanın sosial siyasətində inqilabi hadisədir: “Bu sərəncam AMEA-nın Rəyasət Heyətində və ona bağlı idarəetmə qurumlarında təmsil olunan 300 nəfərdən artıq şəxsə aiddir. Bu, Azərbaycan Prezidentinin yerli ziyalılara, AMEA-ya göstərdiyi yüksək etimadı nümayiş etdirir. Prezident tərəfindən atılan bu böyük addım Azərbaycan elminin məsuliyyətini daha da artıracaq, onu yeni hədəflərə doğru inkişaf etdirəcək. Bu sərəncam AMEA-nın inkişafında həlledici əhəmiyyət kəsb edəcək. Akademiyanın bütün kollektivi adından Prezidentə dərin minnətdarlığımı bildirərəm. Əminəm ki, AMEA işçiləri dövlət qayğısının cavabını özlərinin əməli işlərində göstərə biləcəklər”.




 
Bölməyə aid digər xəbərlər
18.07.2019
Bakıda 7 yaşlı uşağı avtomobil vurub
17.07.2019
Nigeriyada bina uçuldu
17.07.2019
Bakı avtovağzalı 5 yaşlı uşağa tam bilet satan kassiri cəzalandırdı
17.07.2019
Rusiyada yay düşərgəsində kütləvi zəhərlənmə qeydə alınıb
16.07.2019
Gəncədə metal sexində faciə - 30 yaşlı işçi yıxılıb öldü

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10830

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info