Xaricdəki həftəsonu məktəblərinə 500 kitab bağışlandı
Tarix: 19.06.2019 | Saat: 16:24:00 | E-mail | Çapa göndər


Son illər xaricdə yaşayan azərbaycanlılar üçün açılan məktəblərin sayı artmaqdadır. Xüsusilə, “Qarabağ” adı ilə yeni məktəblərin açılmasını və onların fəaliyyətini yerli ictimaiyyət, eləcə də xaricdə yaşayan azərbaycanlılar maraqla qarşılayır. Bu yaxınlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə Fransanın Nant şəhərində “Qarabağ” Azərbaycan məktəbinin açılmasını da Azərbaycan ictimaiyyəti böyük maraq və minnətdarlıqla qarşılayıb.
Bakı şəhəri Abşeron rayonu Mehdiabad qəsəbəsindəki 4 nömrəli məktəbin kollektivi də məsələyə böyük həssaslıqla yanaşaraq xaricdəki Azərbaycan məktəblərinə kitab hədiyyə etmək qərarına gəlib. Məktəbin bir qrup müəllim və şagirdi tanınmış Azərbaycan şairi Əli Tudənin seçilmiş əsərlərinin toplandığı 500 kitabı bu gün Diasporla İş üzrə Dövlət Komitəsinə təqdim edib.
Məktəbin direktoru Elnurə Cavadzadə Diaspor TV və Diaspor FM-ə verdiyi müsahibədə bildirib ki, “Biz Mehriban xanım Əliyevanın, bütövlükdə Heydər Əliyev Fondunun təhsillə bağlı bütün layihələrini böyük maraqla izləyirik. Fransanın Nant şəhərində “Qarabağ” məktəbinin açılmasını sevinclə qarşılayan kollektivimiz xaricdəki soydaşlarımızı sevindirmək və məktəblərin kitabxanasını zəngilnləşdirmək qərarına gəldi. Bu bizim vətəndaşlıq borcumuzdur”. Kitablar yaxın vaxtlarda xaricdəki Azərbaycan məktəblərinə göndəriləcək.




 
Bölməyə aid digər xəbərlər
24.01.2020
İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb
24.01.2020
Bakının Baş planı ilin sonunadək hazır olacaq
24.01.2020
Aİİ “Din, mədəniyyət və cəmiyyət-2” mövzusunda “Qış məktəbi” təşkil edir
24.01.2020
Mixail Qusman Prezident İlham Əliyevə təşəkkür edib
24.01.2020
Prezident İlham Əliyevin Davosda İsveçrənin Montrö şəhərinin meri ilə görüşü olub

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11436

1 Türkiyə mətbəxindən “ Arnavut plovu“ -VIDEO
2 Batumidə Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb
3 20 Yanvar münasibətilə Koreyada 400 nəfər imkansız insana yemək paylanılıb
4 “Sovetski“də söküntü işləri dayandırılıdı
5 Dövlət İmtahan Mərkəzinin səlahiyyətləri artırıldı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info