Ermənistanda gələn il üçün də doğum və nikahın azalması proqnozlaşdırılır
Tarix: 19.06.2019 | Saat: 16:19:00 | E-mail | Çapa göndər


«Əslində, BMT-nin demoqrafik proqnozları bir çox səbəblərdən asılı olmayaraq, həmişə reallığı əks etdirməsə də, Ermənistan hökuməti təşkilatın ölkəmiz üçün verdiyi proqnozu nəzərə alaraq, demoqrafik böhranın qarşısını almaq üçün yeni proqramları inkişaf etdirməlidir. Ermənistanda gələn il üçün doğum və nikahın azalmasını proqnozlaşdıran mütəxəssislərin də fikirlərini nəzərə alsaq, bunun ölkəmiz üçün qarşıdakı illərdə hansı fəsadlar törədəcəyi barədə düşünməyə dəyər». Qeyd edilməlidir ki, bu «Sputnik Ermənistan» saytının əməkdaşına erməni demoqraf- araşdırmaçı Artak Markosyan bildirib.
Maraqlıdır ki, Ermənistan əhalisinin 2100-ci ilə qədər azalaraq 2 milyon 39 min nəfər təşkil edəcəyini ermənilər bu tendensiyanın qonşu ölkələr olan Azərbaycan və Gürcüstana da təsirsiz ötüşməyəcəyi ilə təsəlli tapmağa çalışırlar: «… Birləşmiş Millətlər Təşkilatı belə tədqiqatları mütəmadi olaraq həyata keçirsə də, ancaq bütün hallarda bu meyarlar reallığa uyğun gəlmir. Məsələ bundadır ki, onlar bir çox nüansları nəzərə almayan qiymətləndirmə modellərindən istifadə edərək proqnoz verirlər. Bununla yanaşı, təşkilat nümayəndələri hər hansı bir dövlət orqanlarının bu problemi tənzimləmək və hətta tamamilə həll etmək siyasətini nəzərə almırlar».


Müqyasisə üçün bildirək ki, əgər 1986-cı ildə ildə Ermənistanda 60 min uşaq doğulmuşdusa, 2018-ci ildə bu göstərici cəmi 10.800 nəfər olub


Xatırladaq ki, erməni demoqraf bu fikirləri ilə özünə təsəlli verməyə cəhd göstərsə də, eyni zamanda, o Ermənistanda demoqrafik problemin həqiqətən aktual olduğunu və bunun səbəblərinin çox dərinliklərə getdiyini etiraf etmək məcburiyyətində qalır: «…Etiraf edilməlidir ki, son 27 ildə Ermənistan əhalisinin azalmasına səbəb, yerli ermənilərin ölkəni birdəfəlik olaraq tərk etməsi ilə bağlıdır. Bundan əlavə, ölkənin təbii artımı da tənəzzülə doğru getməkdədir. Müqyasisə üçün bildirək ki, əgər 1986-cı ildə ildə Ermənistanda 60 min uşaq doğulmuşdusa, 2018-ci ildə bu göstərici cəmi 10.800 nəfər olub. Doğrudur, Ermənistan rəhbərliyi bu istiqamətdə müəyyən addımlar atsa da, hələ ki, bütün bunlar real effekt verməyib».
Maraqlıdır ki, Artak Markosyan Ermənistanda iqtisadi vəziyyətin sabitləşməyəcəyi təqdirdə, BMT-nin proqnozlarının gerçəkləşəcəyini istisna etmir.
Bir daha xatırladaq ki, 2019-cu il yanvarın 1-nə olan məlumata görə, Ermənistanın əhalisi 2 milyon 965 min 100 nəfər, 2018-ci ildə isə 2 milyon 972 min 700 nəfər olub.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
13.12.2019
Paşinyanın iş yeri yalanları ifşa olunur
12.12.2019
“Qolos Armenii”: “Ermənistan hakimiyyətində özbaşınalıq hökm sürür”
11.12.2019
“Qolos Armenii”: “Ermənistanda siyasi repressiya tuğyan edir”
09.12.2019
Müxalif düşərgədə növbəti qalmaqal: Gültəkin Hacıbəyli müsavatçıları “zombi” adlandırdı
06.12.2019
Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11405

1 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
2 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
3 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar
4 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”
5 Regionların inkişafı bütövlükdə Azərbaycanın inkişafı deməkdir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info