Fen alarkən nəyi bilməli?
Tarix: 13.08.2013 | Saat: 21:30:00 | E-mail | Çapa göndər


Saça qulluq edilməsində texniki imkanlar xüsusi əhəmiyyət kəsb edir və bu işdə fenin rolu danılmazdır. Fen lazım olan istiqamətdə isti hava verən elektrik cihazıdır. Fenin korpusu adətən kəsik boru formalı olub, içində pər və elektrik qızdırıcı olur. İş prosesində pər korpusun yuxarı kəsiyinin köməyi ilə havanı özünə çəkir, onu elektrik qızdırıcının yanından keçirərək qızmış hava kütləsini çölə çıxarır. Korpusun əsas çıxış yerində hava kütləsinin istiqamətini dəyişən müxtəlif qurğular
quraşdırıla bilər.


İndi saça qulluq üçün fen demək olar hər bir evdə var və bazar onun müxtəlif formalı, modelli, tipli növləri ilə zəngindir. Ona görə də fen alarkən onun funksiyaları, forması və s. bu kimi amillər hər bir istehlakçını düşünməyə məcbur edir. Çünki bir sıra göstəricilərinə görə fenlər demək olar ki, bir-birinə çox yaxındır.
Fenin əsasən qurutma və darama üçün növləri vardır. Onların iş prinsipi eynidir, fərq yalnız verilən havanın temperaturu və cihazın çıxışındakı hava kütləsinin sürətindədir. Saçın qurudulması və daranması üçün nəzərdə tutulan fenlər yüksək sürətdə 600C-dək temperaturda hava kütləsi verir. İsti havanın təsirindən saçların zədələnməməsi üçün istehsalçılar tərəfindən fenə qoruyucular qoyulur. Müasir fenlər ilk növbədə statik yükləməni aradan qaldıran, eyni zamanda saçlara incəlik və hamarlıq gətirən havanın ionlaşması funksiyasına malikdirlər.
Fenin bir sıra modelləri temperaturun və çıxışdakı hava kütləsinin sürətinin nizamlanmasına imkan verir. Temperaturun nizamlanması paralel olaraq müxtəlif sayda qızdırıcıların işə düşməsi, nizamlanan termostatın köməyi ilə və ya hava kütləsinin sürətinin dəyişməsi ilə əldə edilir. Bunlardan əlavə kritik temperatura çatdığı hallarda avtomatik sönən modellər də mövcuddur.
Fenləri gücünə, markasına, modelinə və s. görə də sinifləşdirmək olar. Fen seçərkən birinci növbədə onun funksiyalarını nəzərdən keçirmək lazımdır. Bu sırada onun gücü, temperaturun tənzimlənməsi, rahat yandırılıb-söndürülməsi, qızmadan mühafizə olunması imkanları və s. daxildir.
Fen alarkən xüsusilə xanımlar daha çox professional modellərə üstünlük verirlər. Lakin bu modellər əsasən peşəkarlar üçün daha məqsədəuyğundur. Professional fenlər hazırlanarkən saç ustasının gündəlik iş rejimi nəzərə alınır. Belə ki, bu model fenlər gündəlik 8-10 saatlıq iş rejiminə davamlı olmalıdırlar. Bundan əlavə müştərilərin saçlarının da müxtəlifliyini nəzərə alaraq bu fenlərin 2-3 temperatur rejimi və üfürmə gücü olmalıdır. Belə fenlərin soyuq hava vurma və s. kimi əlavə imkanları da olur. Əgər siz professional modellərin bu kimi üstünlüklərindən istifadə etməyəcəksinizsə, o zaman adi fenlərə üstünlük vermək məsləhətdir.
Fen əldə edərkən ilk növbədə ondan necə istifadə edəcəyinizi müəyyənləşdirin. Əgər onu yalnız saçları qurutmaq üçün istifadə edəcəksinizsə güclü üfürmə xüsusiyyətinə malik fenə, zərif saça malik olduqda isə kiçik üfürmə qabiliyyətinə malik olanına üstünlük verin. Saçınızı həm qurudub, həm də daramaq istəyirsinizsə bir neçə sürət və istilik rejimində fəaliyyət göstərən fen almağınız məsləhətdir.
Fenin əldə rahat tutulma imkanına diqqət yetirin. Düyməsi rahat yerdə yerləşməli, əldə fırlanarkən naqili dolaşmamalıdır. Çəkisi ağır olmamalı, imkan daxilində aşağı səsli olmalıdır. Ticarət şəbəkəsindən fen əldə edərkən gücünü və enerji sərfini nəzərə alın. Alınan zaman onun süzgəcinin olub-olmamasına da diqqət yetirilməlidir. Belə ki, havanı sorarkən saçdakı tük, çirk, toz da onun tərəfindən udulur. Əgər fenin süzgəci yoxdursa bu cihazın qızaraq yanmasına səbəb ola bilər. Ona görə də asan təmizlənən filtrə malik fenlərə üstünlük vermək məsləhətdir. Fen alarkən elə yerindəcə onu qoşub iş imkanlarını yoxlayın, hər hansı qüsur aşkar etsəniz onu almayın.
Satışa təqdim olunan fen markalanmalıdır. Markalanma cihazın üzərində və yaxud ona bərkidilmiş lövhənin üstündə olmalıdır. Fenlər markalanarkən orada istehsalçının adı və əmtəə nişanı, fenin adı və tipi, nominal cərəyan sərfi (B), enerjinin mənşə simvolu, istehsal tarixi, standartın nömrəsi və s. öz əksini tapmalıdır.
Hər bir istehlakçı bilməlidir ki, fen alarkən ilk növbədə onun keyfiyyəti ilə bağlı ticarət obyektindən zəruri məlumatları tələb edə bilər. Eyni zamanda istehlakçı aldığı fenin keyfiyyətini, komplektliyini yoxlamaq, onun düzgün və təhlükəsiz istifadəsini nümayiş etdirmək hüququna malikdir. Satıcı isə istehlakçınun bu tələblərini yerinə yetirməyə borcludur. Texniki cəhətdən mürəkkəb mal olduğuna görə ticarət obyekti feni satışa müvafiq qaydada hazırlamalı, onun yoxlanmasını təmin etməlidir. Ticarət şəbəkələrindən fen əldə edərkən müvafiq tələblərə əməl olunmasına diqqət yetirmək zəruridir.
Eyni zamanda bilin ki, bu mallar zəmanət müddəti ilə satılmalıdır. İstehsalçı istismar, saxlama və daşınma şərtlərini gözləməklə fenin keyfiyyətinə zəmanət verməlidir. Zəmanət müddəti istehsalçı və ya satıcı müəssələr tərəfindən təyin edilir və müxtəlif olur. Ona görə də istehlakçılara zəmanət müddəti ilə satılan və bu müddəti daha çox müəyyən edilmiş malların alınmasını tövsiyyə edirik.
Zəmanət müddəti malın zəmanət talonunda, pasportunda və ya mala əlavə olunan digər sənəddə göstərilməlidir. Mal zəmanət müddəti ilə satılarkən, satıcı məmulatın pasportunda malın bu obyektdən alındığını və malın satıldığı tarixi təsdiq edən ştamp vurur. Müvafiq qaydada müəyyən edilmiş zəmanət müddəti ərzində alınan malda qüsur və ya saxtalaşdırma aşkar edilərsə istehlakçı qanunvericiliklə müəyyən edilmiş hüquqlarını tələb edə bilər. Qanunvericiliyə əsasən belə hallarda istehlakçının zəmanət müddəti ərzində aldığı malı lazımi keyfiyyətli mala dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaltmağı, malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını, malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i.a.) mal ilə əvəz edilməsini, müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüquqları vardır. Əgər satıcı, istehsalçı (onların funksiyalarını yerinə yetirən müəssisələr) malın qüsurlarının istehlakçı tərəfindən istifadə və ya saxlanma qaydalarının pozulması, üçüncü şəxslərin hərəkətləri və ya təbii fəlakət nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, istehlakçının tələbləri təmin olunmur. Bu malları alarkən onun zəmanət talonu başda olmaqla bütün sənədləri tələb edin.
Fenin ixtisaslaşdırılmış firma mağazalardan alınması məqsədəuyğundur. Fen alan zaman orjinal mal aldığımıza əmin olmaq üçün keyfiyyət sertifikatını soruşmağı unutmayın. Hər bir istehlakçı fen alarkən qeyd olunanları nəzərə almalı və hüquqlarının müdafiəsində aktiv olmalıdır. Qeyd olunan məsələlərlə bağlı hər hansı qanun pozuntularına rast gəlsəniz dərhal İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edin.
Təqdim etdi: İ.AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info