Azərbaycan güləşçiləri Avropa çempionatında bir dəst medal qazanıblar
Tarix: 20.06.2019 | Saat: 00:40:00 | E-mail | Çapa göndər



İtaliyanın Faenza şəhərində keçirilən yeniyetmə güləşçilərin Avropa çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, yarışların ikinci günündə finala vəsiqə qazanan Fərid Sadıqlı Avropa çempionu olub. Qitə birinciliyinə inamlı qələbə ilə start verən həmyerlimiz ilk görüşdə macar idmançını məğlub edib. Bolqarıstan təmsilçisi də güləşçimizin qarşısında duruş gətirə bilməyib. F.Sadıqlı cəmi 34 saniyəyə rəqibinə qalib gələrək yarımfinala yüksəlib. Güləşçimiz erkən qələbə ənənəsini yarımfinalda da davam etdirib. Latviyalı güləşçini cəmi 24 saniyəyə üstələyən F.Sadıqlı adını finala yazdırıb. Avropa çempionatını möhtəşəm keçirən təmsilçimiz həlledici qarşılaşmada da rəqibinə göz açmağa imkan verməyib. Rusiyalı həmkarını vaxtından əvvəl tam üstünlüklə məğlub edən pəhləvanımız Avropanın ən güclüsü adını qazanıb.
Digər idmançımız Laçın Vəliyev yarışa Yunanıstandan olan idmançı üzərində asan qələbə ilə başlayıb. Güləşçimiz daha sonra Çexiya və Türkiyə idmançılarını mübarizədən kənarlaşdıraraq finala adlayıb. Həlledici qarşılaşmada rusiyalı rəqibinə məğlub olan həmyerlimiz gümüş medalla kifayətlənib.
Allahverdi Əliyev də qitə çempionatında medal qazanan idmançılardan olub. İlk görüşündə erməni rəqibinə, daha sonra isə müvafiq olaraq Serbiya və Rumıniya təmsilçilərinə qalib gələn A.Əliyev yarımfinala adlayıb. Bu mərhələdə Moldova təmsilçisinə məğlub olan güləşçimiz bürünc medal uğrunda görüşdə Rusiya idmançısına qalib gəlib və turniri üçüncü pillədə başa vurub.
Yığmamızın digər üzvləri Nihad Quluzadə və Əli Alıyev isə qitə çempionatını medalsız başa vurublar.




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
“Qarabağ”ın Çempionlar Liqasında növbəti rəqibi müəyyənləşib
17.07.2019
“Qarabağ“ növbəti təsnifat mərhələsinə yüksəlib
17.07.2019
“Real“ Poqbadan imtina edir
17.07.2019
“Tottenhem“ Beyli geri qaytarır
17.07.2019
Azərbaycan idmançısı Avropa çempionatında gümüş medal qazanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10830

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info