“Şahdəniz-2” üçün 10 min nəfərlik işçi qüvvəsi cəlb edilib
Tarix: 13.08.2013 | Saat: 22:05:00 | E-mail | Çapa göndər


Azərbaycana sualtı işləri həyata keçirmək üçün yeni texnologiyalar gətirilib

“Hyatt-Regency” mehmanxanasında “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsinin operatoru olan bp şirkətinin təşkilatçılığı ilə Azərbaycanda “Şahdəniz-2” layihəsinin Ətraf Mühitə və Sosial Sahəyə Təsirinin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihə variantının hazır olması ilə əlaqədar sənədlə tanışlıq, həmçinin ictimaiyyətin rəy və təkliflərini bildirməsi məqsədilə tədbir keçirilib.
“Şahdəniz-2” layihəsinin əməliyyat üzrə meneceri İlqar Məmmədov iştirakçıları layihə barədə məlumatlandırıb. Bildirilib ki, indiyədək Azərbaycanda həyata keçirilən ən böyük və mühüm layihələrdən olan “Şahdəniz-2”nin reallaşması üçün 10 min nəfərlik işçi qüvvəsi cəlb edilib. Azərbaycana əvvəl burada olmayan, sualtı işləri həyata keçirmək üçün yeni texnologiyalar gətirilib. Əvvəlki layihələr 3 ölkəni əhatə etdiyi halda, “Şahdəniz-2” artıq 6 ölkəni birləşdirir. “Şahdəniz-2” layihəsinin ətraf mühit və əməyin təhlükəsizliyi üzrə meneceri Bil Bolton bildirib ki, layihə ildə 16 milyard kubmetr qaz hasilatını nəzərdə tutur. Otuz trilyon kubfutdan çox qaz ehtiyatlarına malik olan “Şahdəniz” nəhəng bir yataqdır. İyirmi altı quyu, iki yeni platforma, terminalın genişləndirilməsi və Avropaya istiqamətlənən 4 min kilometrədək yeni boru kəmərlərindən ibarət bu iri layihələr kompleksi dünyada ən böyük neft və qaz işlənmələrindən biridir.
“Şahdəniz-2” layihəsinin birinci mərhələdən il ərzində hasil olunacaq təxminən 9 milyard kubmetr qaza ildə 16 milyard kubmetr qaz hasilatını əlavə edəcəyi gözlənilir. Xəzər dənizində sahildən təxminən 70 kilometr məsafədə yerləşən “Şahdəniz” yatağının ikinci mərhələsinin işlənməsinə körpü ilə birləşdirilən iki hasilat platforması, iki yarımdalma qazma qurğusundan qazılacaq 26 sualtı quyu, 5 qazma komponenti suyun 5.500-6 min metrədək dərinliyində quraşdırılan 500 kilometr uzunluğunda sualtı boru kəmərləri, Cənubi Qafqaz Boru Kəmərinə ildə 16 milyard kubmetr nəql gücü əlavə edilməsi və Səngəçal terminalının genişləndirilməsi daxil olacaq. Qazma işləri iki platformada həyata keçiriləcək və 3 boru kəməri ilə terminala ötürüləcək. Lay suları əldə olunmuş qazdan terminalda ayrılacaq. Layihədə 5 sualtı quyu dəstəsi mövcuddur. Hər dəstədə 2 manifold və onların arasında 4-5 hasilatın idarəetmə cihazları quraşdırılıb. Bil Bolton bildirib ki, bu ilin sonunadək “Şahdəniz-2” layihəsinə dair yekun investisiya qərarı veriləcək. 2016-cı ildə quraşdırma işləri yekunlaşacaq və 2018-ci ildə ilk qaz hasilatı reallaşacaq. 2022-ci ildə 5 sualtı idarəetmə sisteminin quraşdırılma prosesi yekunlaşacaq. Burada əks-əlaqəsiz idarəetmə sistemi seçilib, çünki bu sistem klapanın bağlanma zamanı ilə bağlı layihənin təhlükəsizlik tələblərinə cavab verən yeganə texnologiyadır.
Anar




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Külək və günəş stansiyaları üçün ərazilər müəyyənləşdirilib
16.01.2019
Bizim maliyyə resurslarımız, ehtiyatlarımız xarici borcumuzdan 4,5 dəfə çoxdur
16.01.2019
Bakıda “Üçbucaq ölkələr” sərgisi keçiriləcək
16.01.2019
Azərbaycan və Çin Bakının tranzit rolunu artıracaqlar
16.01.2019
TAP-ın kompressor stansiyalarının inşasının 70 faizdən çoxu yekunlaşıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info