Aleksanrd Şerin: “İran artıq Rusiyadan C-400 raket kompleksləri almaq haqqında düşünməlidir”
Tarix: 20.06.2019 | Saat: 14:45:00 | E-mail | Çapa göndər


Nikolay Patruşev: “Rusiya-ABŞ-İsrail formatında keçiriləcək görüşdə Moskva İranın maraqlarını nəzərə alacaq”


İran beynəlxalq hava məkanında ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “MQ-4C Triton” tipli pilotsuz uçan aparatı vurub. “Reuters” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələri məlumat yayıb. “İran Hörmüz boğazı üzərində beynəlxalq hava məkanında “yer-hava” tipli raket vasitəsilə ABŞ Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparatı vurub” - bəyanatda belə deyilir. Bir qədər əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu ölkənin cənubunda Hormozqan əyaləti üzərində Amerikaya məxsus pilotsuz uçan aparatının vurulduğu barədə məlumat yaymışdı. Lakin ABŞ nümayəndələri pilotsuz uçan aparatlarının İslam respublikasının hava məkanına daxil olması faktını təkzib etmişdilər. “Northrop Grumman” korporasiyası tərəfindən “Global Hawk Block 40” pilotsuz uçan aparatının bazasında xüsusi olaraq Hərbi Dəniz Qüvvələri üçün hazırlanan və uzunluğu 14,5 metrə çatan “MQ-4C Triton” reaktiv mühərriklə təchiz edilib. O, 20 kilometr yüksəkliyə qalxaraq 30 saata yaxın havada qala bilir. İnfraqırmızı sensorlar komplekti və güclü radar böyük ərazidə yüksək dəqiqlikli informasiya toplamağa imkan verir.
Qeyd edək ki, Pentaqon Yaxın Şərq bölgəsinə “Patriot”larla silahlanmış yeni hərbi qüvvələr göndəriləcəyini açıqlayıb. Son prosesləri dəyərləndirən Rusiya Dövlət Duması Müdafiə komitəsi sədrinin birinci müavini Aleksanrd Şerin “RİA Novosti”yə bildirib ki, İran artıq Rusiyadan C-400 raket kompleksləri almaq haqqında düşünməlidir. “ABŞ “Patriot”larla silahlınmış hərbi qüvvələr göndəriləcəyini açıqlayıb. “Patriot”lardan dövlətlər müdafiə məqsədilə, hava məkanlarını qorumaq üçün istifadə edirlər. ABŞ-ın bu addımı göstərir ki, burada məqsəd başqadır, hərbi isteriyanı artırmaq istəyirlər. Ona görə də İran təcili olaraq C-400 kompleksləri almaq haqında düşünməlidir. Bununla da İran tam şəkildə qorunacaq. C-400 kompleksləri almağa hazırlaşmaq barədə siqnal belə, onları qoruma altına almış olacaq”- deyə Şerin deyib. İranla bağlı daha bir açıqlamanı Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev verib. O, qeyd edib ki, Yerusəlimdə Rusiya – ABŞ - İsrail formatında keçiriləcək görüşdə Moskva İranın maraqlarını nəzərə alacaq. Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, ABŞ prezidentinin təhlükəsizlik üzrə müşaviri Con Bolton və İsrail Milli Təhlükəsizlik Şurasının katibi Meira Ben-Şabat arasında görüş iyunun 24-25 tarixlərində keçiriləcək. Görüşdə Suriya ilə bağlı məsələnin geniş şəkildə müzakirəsi gözlənilir. “İran Suriyada qanuni hökumət tərəfindən dəvət əsasında mövcuddur və terrora qarşı mübarizdə aktiv iştirak edir. Ona görə də biz Yerusəlim görüşündə İranın maraqlarını nəzərə alacağıq. Onlar bu işə böyük həcmdə resurs sərf ediblər və uğur qazanıblar. Dövlətin maraqları müxtəlif istiqamətlər üzrə olur. İranın maraqları Rusiya tərəfindən nəzərə alınacaq və bu maraq İsrail və Amerika tərəfinə çatdırılacaq” - deyə Patruşev bildirib.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
20.07.2019
Cari ilin birinci yarısında Gürcüstanda 150-yə yaxın insan itkin düşüb
20.07.2019
Ukraynada parlament seçkilərində təhlükəsizliyi xüsusi təyinatlılar qoruyacaq
20.07.2019
Gürcüstanda onkoloji xəstələrin sayı artıb
19.07.2019
İcevan hadisələri Paşiynvanın sonunu gətirə bilər
19.07.2019
Eldar Qasımov Gürcüstanda azərbaycanlı uşaqlarla bir arada

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info