İran prezidenti Qırğızıstan və ABŞ-a səfər edəcək
Tarix: 13.08.2013 | Saat: 22:09:00 | E-mail | Çapa göndər


İran prezidenti Həsən Ruhani ilk xarici səfərini Qırğızıstana həyata keçirəcək. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Əraqçı bildirib.
Onun sözlərinə görə, İran prezidenti sentyabrın 12-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin liderlərinin zirvə toplantısında iştirak edəcək: “Bu səfər haqda Həsən Ruhani tərəfindən yekun qərar elan ediləcək. Yığıncaq Avrasiya bölgəsi üçün çox əhəmiyyətlidir və İran qurumun ən fəal müşahidəçi üzlərindəndir. İran toplantıya rəsmi şəkildə dəvət olunub. Ancaq hələlik bu iclasda iştirak etmək üçün qəti qərar verilməyib”. A. Əraqçı deyib ki, İran prezidentinin sentyabr ayında növbəti səfəri ABŞ-a planlaşdırılır: “Həsən Ruhani BMT Baş Assambleyasının illik sessiyasında iştirak edəcək. Bunun İran prezidenti üçün beynəlxalq aləmdə bir fürsət olduğunu deməliyəm. Ancaq Həsən Ruhaninin bu yığıncaqda iştirakı üçün də hələlik qəti qərar verilməyib”.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info