Robert Kevondyan: “Ermənistanın xarici siyasəti Kremli qane etmir”
Tarix: 20.06.2019 | Saat: 14:50:00 | E-mail | Çapa göndər


“Ermənistan-Rusiya münasibətlərində müəyyən problemler var. Koşaryanla görüşən Rusiya səfiri indiyədək Paşinyanla görüş cəhd belə, etməyib”

Rusiyalı ekspert Modest Kolerovun Rusiyanın Ermənistandakı səfirinin Robert Koçaryanla görüşünü prezident Vladimir Putinin ona verdiyi dəstək kimi dəyərləndirməsi İrəvanda birtərəfli qarşılanmayıb. Maraqlıdır ki, bir çox erməni rəsmilər Kolerovun bu şərhini Kremlin yanaşması kimi dəyərləndirmək istəmirlər. Ermənilərin “1in.am” saytı bu məsələlər barədə Putinin hələ də susqunluq nümayiş etdirməsinin Rusiyadakı bəzi qruplar tərəfindən narazılıqla qarşılandığını qeyd edir. Sayt yazır: “Əslində bu problem üç qatdan ibarətdir: Ermənistan-Rusiya münasibətləri, Rusiyanın daxili həqiqətləri, geosiyasi vəziyyət və Rusiyanın regional siyasəti. Məsələ bundadır ki, Ermənistanda baş verən məxməri inqilabdan sonra Rusiya prezidenti ən azı ictimai səviyyədə də olsa, bu inqilaba son dərəcə “sadiq davranır”(?). Doğrudur, Kreml rəhbəri bu ərəfədə Robert Koçaryana iki təbrik naməsi ünvanlasa da, sabiq erməni prezidentinin mətbuat katibi bu təbriklərin siyasi deyil, sadəcə olaraq, fərdi xarakter daşıdığını bildirib. Qeyd edilməlidir ki, Rusiyanın bu cür davranışı yalnız Ermənistanda deyil, hətta Rusiyanın özündə də Serj Sarkisyanın vəzifədən uzaqlaşdırılmasında məhz Kremlin əlinin olduğu şübhəsi yaratmağa başlayıb. Ancaq şübhəlidir ki, əgər, belə olsaydı, Rusiya Robert Koçaryanı mühakimə edərdimi?”. Ermənilərin “Lragir.am” saytına danışan politoloq Robert Kevondyan isə Kolerovun fikirləri ilə razılaşmadığını bildirib: “…Rusiya səfirinin ciddi bir cinayətdə ittiham olunan bir şəxslə görüşməsi Ermənistan-Rusiya strateji əlaqələrində mənfi bir xətt olduğunu ifadə edir. Belə düşünürəm ki, rusiyalı səfirin təşəbbüsü ilə olsa da belə bir addım uğurlu siyasi gediş deyil. Unutmayaq ki, hazırkı baş nazir Nikol Paşinyan hakimiyyə müxalifətdən gəlsə də, Rusiya səfiri indiyədək onunla görüşməyə cəhd belə ,etməyib. Əslində, bu Ermənistan siyasi həyatında baş verən ilk hadisə deyil. Xatırlayırsınızsa, bir müddət əvvəl, İrəvandakı ingilis səfiri “erməni soyqırımı” haqqında qeyri-qanuni ifadə işlədərkən də əvvəlki hökumət nümayəndələri ondan etiraz notası tələb etsələr də onu Ermənistan Xarici İşlər Nazirliyinə dəvət etməmişdilər. Doğrudur, bu gün Ermənistan-Rusiya münasibətlərində müəyyən problemler olsa da, hələ ki, bu özünü dərindən nümayiş etdirmir. Əslində, Ermənistanın Rusiyaya uyğun olmayan balanslı xarici siyasət aparmağa çalışması Kremli heç cür qane etmir”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
15.07.2019
Rusiyanın mobil operatoru “Megafon“ Azərbaycan xalqından üzr istəyib
15.07.2019
“1in.am”: “Paşinyanın dinləmək qabiliyyəti xeyli azalıb”
15.07.2019
Putin Ərdoğanı ölümdən necə xilas etdi? - Video
15.07.2019
“Asiya NATO”su: Çin yeni hərbi alyans formalaşdırmaq planı hazırlayıb
15.07.2019
“Türk Hava Yolları” qitələrarası uzuşlarda sərnişinlərə yeni dəstlər təqdim edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info