ABŞ-da demoqrafik böhran gözlənilir
Tarix: 13.08.2013 | Saat: 22:32:00 | E-mail | Çapa göndər


Buna doğum səviyyəsinin aşağı düşməsi səbəb ola bilər

Birləşmiş Ştatlarda müşahidə edilən aşağı doğum səviyyəsi sosioloqları həyəcan təbili çalmağa vadar edib. Birləşmiş Ştatların «Time» nəşrində dərc edilən məqalədə qeyd edilir ki, bu gün ABŞ-da tarixinin ən aşağı doğum göstəriciləri qeydə alınıb. Bu məsələni analiz edən ekspert Conatan Last yazır ki, doğum səviyyəsinin bu qədər aşağı düşməsi demoqrafik böhrana səbəb ola bilər.

Az sayda uşağın doğulması gələcəkdə işçi qüvvəsi baxımından çatışmazlıqlar yaradacaq. Ekspert yazır ki, yeni doğulan uşaqlarının sayının azalmasının cəmiyyət üçün fiskal-mədəni problemləri var. Yaşlı insanların sayının artması, məktəbə gedən uşaqlarının sayının azalması bu sahəyə maliyyələşməni azaltmaqla yanaşı, innovasiyanın da qarşısını kəsəcək. Amma «Time» başqa ekspertlərə istinadən yazır ki, son illərdə müşahidə edilən aşağı doğum səviyyəsi Conatan Lastın təsvir etdiyi qədər faciəli deyil: «Başqa göstəricilər təsdiqləyir ki, bizi demoqrafik planda böhran gözləmir. Bizim demoqrafik böhranı aşmaq üçün kifayət qədər resursumuz var. Doğrudur, bizdə yeni doğulan uşaqların sayı azalıb. Amma bir qadına düşən uşaq sayına görə vəziyyət 1970 və 1980-ci illərlə müqayisədə yaxşıdır. Doğumun səviyyəsinin aşağı düşməsi iki onillik ərzində baş verən artımdan sonra müşahidə edilməyə başlayıb. Bizdə olan vəziyyət başqa ölkələrlə müqayisədə yaxşıdır. İnkişaf etmiş dövlətlərdən sadəcə 12-si bu məsələdə Birləşmiş Ştatları qabaqlayır. Çox uşağa sahib olan ölkələrin böyük əksəriyyətində gəlir aşağı səviyyədədir. Yeri gəlmişkən, bir məsələni də qeyd edək ki, İsveçdə doğum səviyyəsinin aşağı olması uzun ömürlüyün artmasına və yoxsulluq səviyyəsinin minimuma düşməsinə mane olmayıb. Hesablamalar göstərir ki, gələcək illərdə bizdə əhalinin sayı artacaq. Siyahıyaalma Bürosunun məlumatına görə, bizim sayımız hazırda 316 milyon nəfərdir. 2060-cı ildə isə Birləşmiş Ştatların əhalisinin sayı 33 faiz artaraq 420 milyon nəfərə çatacaq. Ola bilər ki, Birləşmiş Ştatlarda əhalinin yaşlanması problemi ilə üzləşə bilərik. 65 və daha yuxarı yaşı olan insanların sayı 22 faiz arta bilər. Həmin insanlar təqaüd və tibbi sığorta vermək əlavə resurs tələb edir. Digər tərəfdən həmin insanların yerini dolduracaq işçi qüvvəsinə də ehtiyac olacaq. Bu isə artıq siyasi məsələyə çevrilir. Əgər bizim doğrudan da əmək qabiliyyətli insanlara ehtiyacımız yaranarsa, dünyanın müxtəlif ölkəsindən bura gəlmək istəyən milyonlarla miqrant var. Biz onları sıralarımıza cəlb edə bilərik. Hazırda 40 milyon miqrant əhalinin 13 faizini təşkil edir. 100 il əvvəl miqrasiyanın pik vaxtında bu göstərici 15 faiz idi. Uşaqların olmaması, ailə tərkibinin sayının azalması, əhalinin azalması ayrı-ayrılıqda cəmiyyət üçün problemlər yaradır. Amma bu problemlər aşılması mümkün olmayan problemlərdən deyil. Əhali artımı aşağı səviyyədə olan digər varlı ölkələrlə müqayisədə bizdə təhsil və tibb sahəsində o qədər də yüksək göstəricilər yoxdur. Ona görə də biz gələcəkdə nə qədər olacağımızdan daha çox, həyat səviyyəmizin daha yaxşı olması haqqında düşünməliyik».

Anar




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info