Müsavat “milli şura”dan ayrılır
Tarix: 13.08.2013 | Saat: 22:45:00 | E-mail | Çapa göndər


Arif Hacılı: “Əgər yenə Rüstəm İbrahimbəyovu gözləmək mövqeyi səslənsə…”

Gələn həftə Müsavat Partiyası “milli şura”dakı fəaliyyətinə son qoya bilər. “Milli şura”nın sədri Rüstəm İbrahimbəyovun hələ də ölkəyə dönmək istəməməsi və bu mövzuda siyasi partiyalar arasında ciddi fikir ayrılığının yaranması İsa Qəmbəri konkret addımlar atmağa vadar edib.
Belə ki, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının xəbərdarlıq xarakterli fikirləri bunu deməyə əsas verir ki, müsavatçılar AXCP-nin də dəstəklədiyi İbrahimbəyovun namizədliyi məsələsindən cana doyublar. Sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilmiş Arif Hacılının açıqlamasında deyilir : “Müsavat Partiyası vahid namizəd məsələsinin müzakirəsini avqustun 19-a saxlamaqla, növbəti dəfə güzəştə getdi”. “Milli şura”nın son sessiyasını dəyərləndirən A. Hacılı toplantıda Müsavat Partiyasının yeni təklif irəli sürdüyünü də bildirib. Təklif ondan ibarətdir ki, Rüstəm İbrahimbəyovun seçkilərdə iştirakı üçün hər hansı siyasi-hüquqi problem yaranarsa, başqa bir namizəd irəli sürülməli və ehtiyat namizəd olmalıdır: “Yəni, Rüstəm İbrahimbəyov özündən, Azərbaycan cəmiyyətindən və “milli şura”dan asılı olmayan səbəblərdən prezidentliyə namizəd ola bilməyəcəksə, qurumun əvvəlki konsepsiyası saxlanmaqla, seçkilərdə hər hansı partiya üzvü olmayan ziyalılardan birinin vahid namizədliyi ilə iştiraka dair qərar qəbul edilməsi təklif olundu. “Milli şura”nın bəzi üzvləri bu qərarı müdafiə etdi. Eyni zamanda biz bütün bu məsələləri həll etmək üçün avqustun 16-dan gec olmayaraq qurumun sessiyasını keçirtməyi təklif etmişdik. Lakin bu müzakirələrin avqustun 19-da keçirilməsi məqsədəuyğun sayıldı. Yəqin ki, “milli şura”nın avqustun 19-da keçirilən sessiyasında qurumun formatında vahid namizədlə seçkilərdə iştirak etmək təklifimizi yenidən təkrarlayacağıq. Əgər bu məsələ avqustun 19-da yenidən təxirə salınsa, gözləmək kimi təkliflər səslənsə, biz artıq digər qərar qəbul etmək üçün müzakirələrə başlayacağıq”.
Partiya funksioneri qeyd edib ki, Müsavat Partiyası “milli şura”nın avqustun 12-də keçirilən sessiyasından sonra öz mövqeyini qətiləşdirməli idi: “Lakin partiya növbəti dəfə güzəştə getməyi qərarlaşdırdı. Buna ilk növbədə Rüstəm İbrahimbəyovun avqustun 15-dək problemləri həll edəcəyi haqda açıqlaması səbəb oldu. Bu səbəbdən də “milli şura”nın növbəti toplantısının 16 avqustda keçirilməsini təklif etmişdik. Təəssüf ki, proses daha 4 gün uzadıldı”.
Arif Hacılı əlavə edib ki, “milli şura” seçkilərdə iştirak məqsədilə yaradılıb: “Rüstəm İbrahimbəyov hansısa siyasi partiyanın üzvü olmadığı, bütün siyasi qüvvələrin razılığa gələ biləcəyi namizəd olduğu üçün “milli şura” adından vahid namizəd kimi irəli sürülüb. Müsavat Partiyası isə öz növbəsində Rüstəm İbrahimbəyovun seçkidə iştirak edə bilməyəcəyi təqdirdə, başqa bir namizədin irəli sürülməsini təklif edib. Görünür bizim bu mövqeyimiz “milli şura”dakı bəzi təşkilatların maraqlarını təmin etmir. Bilirəm ki, “milli şura”da əslində seçkiləri boykot etmək meylində olan təşkilatlar var. Eyni zamanda yalnız Rüstəm İbrahimbəyovun namizədliyi şərtilə seçkilərdə iştirak etmək mövqeyində olan siyasi qurumlar mövcuddur. Biz bu mövqelərə hörmətlə yanaşırıq, lakin bunu yanlış hesab edirik”.

Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info