Ekspert: “Ermənistanda korrupsiyaya qarşı mübarizəni görmürəm“
Tarix: 21.06.2019 | Saat: 17:45:00 | E-mail | Çapa göndər


«Bu gün Ermənistanda korrupsiyaya qarşı hələ də mübarizə aparılmır, mübarəzə, sadəcə olaraq, bəzi məmurlara qarşı aparılır». Erməni politoloq Aleksandr İskəndaryana görə, əslində, korrupsiyaya qarşı mübarizə institusional səviyyədə olmalı sistemli bir işdir. Ermənistanda bir il bundan əvvəl başlayan siyasi dəyişikliklərin cəmiyyət tərəfindən fərqli şəkildə qarşılandığını xatırladan ekspert ölkədki yaşantılara münasibətdə fərqli cəhətlərin olduğunu bildirir. Onun fikrincə, əgər hökumətin tərəfdarları daha çox baş verən inqilab barədə danışırlarsa, hakimiyət rəqibləri yalnız siyasi sahədəki şəxslərin dəyişməsi barədə danışmağa üstünlük verirlər.
Bu gün Ermənistanda korrupsiyaya qarşı əsas mübarizənin cinayətkarları təqib edərək cəzalandırmaq məqsədi daşıdığını bildirən hüquqşünas Süzanna Soqomonyan bu məsələdə bir çox vacib elementlərin unudulduğunu bildirir. Hüquqşünasın fikrincə, ölkədə korrupsiyaya qarşı mübarizədə təhsil işi ilə məşğul ola biləcək cəmiyyətin yaradılması çox vacibdir.
Son vaxtlar ölkədə korrupsiya ilə bağlı çoxsaylı cinayət işinin başlandığını və bunun ciddi ictimai fəsad törədərək qızğın müzakirələr mövzusu olduğunu bildirən ekspert Marat Atovmyan da hakimiyyətin əsas diqqəti cəza sisteminə yönəltdyini bildirir. Onun fikrincə, bu istiqamətdə yerli qanunvericiliyi yaxşılaşdırmaq və mühakimənin müstəqilliyini təmin etmək böyük əhəmiyyət kəsb edir.
Maraqlıdır ki, erməni siyasətçi Edmond Marukyan isə yeni hakimiyyətin bu istiqamətdəki kadr siyasətinin prioritet bir problem olduğunu bildirərək, Paşinyanın bu sahəyə naşı kadrların təyin etdiyini bildirir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
25.01.2020
Ukraynada koronavirusla bağlı şübhəli üç hal qeydə alınıb
24.01.2020
Putin hazırkı və gələcək siyasətçilərin vəzifələrindən danışıb
24.01.2020
Ermənistanda sosial obyektlər kütləvi şəkildə bağlanır
24.01.2020
Ermənistan ordusunun müqaviləli hərbçiləri xidmətdən imtina edir
24.01.2020
“Ermənistan ordusu özünəqəsd, xəstəlik, korrupsiya və cinayət mənbəyidir”

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11439

1 Türkiyə mətbəxindən “ Arnavut plovu“ -VIDEO
2 Batumidə Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb
3 20 Yanvar münasibətilə Koreyada 400 nəfər imkansız insana yemək paylanılıb
4 Abşeronda kişi keçmiş arvadının boğazını kəsib
5 Prezident İlham Əliyev: Azərbaycanın vahid və dayanıqlı dünyada rolu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info