Gecələr işığa, gündüzlər səssizliyə bürünən Təbriz
Tarix: 13.08.2013 | Saat: 23:21:00 | E-mail | Çapa göndər


Təbriz hər bir azərbaycanlının səyahət etmək istədiyi şəhərlərdəndir. İnsanlar İrana səfəri zamanı ilk olaraq haqqında söhbət açılan bu şəhərlə bağlı reallıqları görmək arzusunda olur. Bu qədim şəhəri görmək bizə də qismət oldu. Səfər zamanı yol boyu ardıcıl olaraq İran kəndlərini müşahidə edirik. Təbrizə gedən yol düzənliklərdən, sıldırım qayaların, dağların arasından, həmçinin palçıqdan tikilmiş 20-30 evdən ibarət kiçik kəndlərdən keçir. İlk baxışda əhalinin kənd təsərrüfatı ilə məşğul olduğu aydın görünür. Əksər sahələr, hətta bəzi yamaclar belə şumlanıb. Təbrizə yaxınlaşarkən yol kənarlarında insanların süfrə salaraq ailəvi şəkildə yemək yediklərinin şahidi oluruq.

Uzaqdan hər zaman adını eşitdiyimiz Savalan dağı görünür. Nəhayət, Təbrizə yaxınlaşırıq. İranın dördüncü böyük şəhəri hesab edilən Təbriz şəhəri öz qədimliyi ilə hər zaman diqqəti cəlb edib. Əhalisi 1.3 milyondan artıq olan şəhər sakinlərinin əksəriyyəti azərbaycanlılardır. Şəhər Eynəli dağının cənubunda, Səhənd vulkanik qalxımından şimalda yerləşir. Qırmızı rəngli torpağa sahib olan Eynal-Zeynal və yaxud Surxab yüksəkliyinin cənubunda yerləşən Təbrizə daxil olduqda bir neçə hündürmərtəbəli ofis binalarını müşahidə edirik. Şəhərin içinə daxil olduqca tədricən belə binaları alçaq yaşayış binaları əvəzləyir. Maraqlı məqam odur ki, şəhərdə hündürmərtəbəli binaların sayı o qədər də çox deyil, olanlar da şəhərdən kənarda yerləşir.

Şəhərdə siqnal səsi eşidilmir

Küçələrdə təzə maşınlara çox nadir hallarda rast gəlmək olar. Avtomobillər əsasən İran istehsalıdır. Amma bununla belə, Təbrizin mükəmməl yol infrastrukturu var. Şəhərdə böyük avtomagistrallar var. Şəhərin içinə girmədən rahatlıqla bir başından o biri başına getmək mümkündür. Ümumi istifadəli nəqliyyat vasitələri və taksilər üçün xüsusi zolaq ayrılıb. Bununla yanaşı demək olar ki, siqnal səsi eşidilmir, hamı səbirlə öz yolunun açılmasını gözləyir. Hətta bəzən sürücülər özləri keçmək yerinə digər avtomobilə yol verirlər. Burada yalnız kişilər deyil, qadın sürücülərə də rast gəlinir və kişi sürücülər onlara qarşı çox mərhəmətli davranaraq yol verirlər. Yol hərəkəti ilə bağlı gərginlik yarandıqda isə siqnal yerinə maşının işıqlarını yandırıb-söndürməklə kifayətlənirlər. Onu da qeyd edək ki, burada işıqforların sayı da çox azdır. Amma buna baxmayaraq avtomobillərin hərəkəti çox nizamlıdır. Əhali avtomobillə yanaşı, velosipedlərdən də istifadə edir. Əhalinin nəqliyyat vasitəsi kimi istifadə etdiyi marşrut avtobuslarda o qədər sıxlıq müşahidə olunmur. Ümumiyyətlə, şəhərdə sakinlərə o qədər çox rast gəlinmir. Əsasən şəhərdə kişiləri daha çox görmək mümkündür ki, onların da çox sakit, bir-biri ilə alçaq səslə danışdıqlarını müşahidə etmək mümkündür.
Gənc təbrizlilər öz geyimləri ilə bir qədər yaşlı nəsildən fərqlənir. Belə ki, qənc qızlar kosmetikaya daha çox meyillidirlər və başlarını da tam örtmürlər. Çadranı adətən yaşlı qadınlar örtür, əksər gənc qızlar isə yalnız örtüklə kifayətlənirlər ki, bu zaman demək olar ki, saçları tam örtülmür. Yaşlı kişilər də adətən uzun qol köynək geysələr də oğlanları da çox müasir geyinirlər. Bir maraqlı məqam da odur ki, şəhərdə çox nadir halda insanların mobil telefonla danışdığını müşahidə etmək mümkündür. Təbrizin küçələrində zibilə rast gəlmək mümkün deyil. Yolların kənarlarında çoxsaylı mağaza və dükanlar yerləşir. Belə mağazalarda, xüsusilə də ərzaq dükanlarında satılan məhsulların əksəriyyəti yerli istehsaldır. Qiymətinə gəldikdə əhali üçün çox sərfəlidir.

Təbrizin küçələri...
Təbrizdə apteklərə, həmçinin xəstəxanalara da çox rast gəlinir. Bir sıra xəstəxanalar əsasən məşhur həkimlərin adları ilə tanınır. Təbrizlilər həkimlərilə iftixarla danışırlar və deyirlər ki, Təbrizə müalicə olunmaq üçün Tehrandan belə, xəstələr gəlir. Elə otellərdə də bunun şahidi olduq. Otellərdə əksəriyyət xarici qonaqlar olsa da Tehrandan gələnlər də çoxluq təşkil edir. Yeri gəlmişkən, Təbrizdə müxtəlif ulduzlu otellərə- 5 ulduzlu otellərdən başlamış, 2 ulduzlu otelə qədər rast gəlinir. Qiymətləri də münasibdir. Belə ki, kiçik otellərdə bir gecəsi 5 manatdan 12 manata qədər qiymətə qalmaq mümkündür. Təbriz gecələri daha mənzərəli və gözəl görünür. Çoxsaylı işıqlarla bəzədlmiş küçələr, mağaza və dükanlar şəhərə daha da yaraşıq verir. Son vaxtlar isə şəhərdə az da olsa yeni hündürmərtəbəli ticarət mərkəzlərinin tikintisinə başlanılıb. Şəhərdə kiçik yeməkxanalarla yanaşı, müxtəlif restoranlar da var ki, burada əsasən milli yeməklərə üstünlük verilir. Əsasən düyü və toyuq ətindən hazırlanan yeməklər, o cümlədən “səngəh”adlanan Təbriz çörəyi üstünlük təşkil edir. Məşhur Təbriz bazarlarında isə davamlı olaraq əhali gündəlik alış-verişlə məşğul olur. Məşhur muzeylər, abidələr isə şəhərin mərkəzində yerləşmədiyindən oralara baş çəkmək üçün bir qədər məsafə qət etmək lazım gəlir. Beləliklə, Təbrizi müşahidə etdikcə məşhur xalq mahnısının sətirlərini xatırlamalı olursan. Həqiqətən də «Təbrizin küçələri dolanba-dolan» bir quruluşdadır. Şəhərə tamaşa etdikdə sakit bir təsir bağışlayır. Elə insanların da sakit bir həyat tərzi var. Təbrizdən ayrılarkən beləcə, gecələri işıqlarla bəzədilmiş, gündüzlər sakinləri sakit davranışlı, səssiz bir şəhərdən ayrılmalı olursan və yenə həmin füsunkar, müxtəlif rəngli dağlar bir-birini əvəzləyir.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Aşura günü Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info