Özbəkistanda özünü müdafiə məqsədilə silah saxlamağa icazə verilib
Tarix: 22.06.2019 | Saat: 20:48:00 | E-mail | Çapa göndər



Özbəkistan Ali Məclisinin Senatının plenar iclasında “Silah haqqında” Qanun qəbul edib.

AZƏRTAC xəbər verir ki, bu Qanunla Özbəkistan vətəndaşlarına özünü müdafiə məqsədilə silah saxlamağa icazə verilir. Sənəddə bildirilir ki, xidməti silahları hüquqi şəxslər insanları və əmlakı müdafiə etmək üçün istifadə edə bilərlər. Hərbi silahlardan isə ancaq Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və digər strukturların əməkdaşları tərəfindən hərbi əməliyyatlar zamanı istifadə oluna bilər.
Özünü müdafiə məqsədilə mülki silah saxlayan şəxs kütləvi tədbirlərə, ictimai yerlərə silah aparmamalıdır. Şəxs sərxoş olduqda, narkotik və digər uyuşdurucu qəbul etdikdə də silah gəzdirməsi qadağan olunur.
Bildirilir ki, xidməti və mülki silahları əldə etmək Milli Qvardiya orqanında həyata keçiriləcək.
İdman və özünümüdafiə məqsədilə silahlar 18, ov silahı isə 21 yaşı tamam olan şəxslərə 3 il müddətinə veriləcək.




 
Bölməyə aid digər xəbərlər
02.06.2020
Siqaret və spirtli içki aludəçiləri daha diqqətli olmalıdırlar
02.06.2020
“Əlimdə olsa, Tvitteri bağlayaram“
02.06.2020
Yerə doğru təhlükəli asteroid yaxınlaşır
02.06.2020
Pandemiyadan sonra maaşlarında artım gözlənilən peşə sahibləri
02.06.2020
Rusiyada koronavirusa qarşı dərman hazırlanıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
2 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
3 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
4 Badımcan sırdağı - VİDEO
5 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info