“Qarabağ münaqişəsində xeyli Azərbaycan gənci həlak olub”
Tarix: 14.08.2013 | Saat: 14:45:00 | E-mail | Çapa göndər


Dağlıq Qarabağ münaqişəsi nəticəsində xeyli sayda gənc öz həyatını itirib və bu da Azərbaycan üçün böyük itkidir. Bunu Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Gənclər Qolunun 2-ci toplantısında çıxışı zamanı Malayziya baş nazirinin xüsusi məsləhətçisi Dato Seri Şahidan Kasım bildirib.
Malayziya baş nazirinin xüsusi məsləhətçisi öz çıxışında "ərəb baharı"ndan danışaraq bildirib ki, Liviyada, Misirdə baş verən hadisələr onu göstərir ki, bəzən gənclər düşünmədən bu proseslərə qoşulurlar və nəticədə üsyanlar, digər ağır proseslər yaşanır: "Eyni zamanda çox təəssüflər olsun ki, Yaxın Şərqdə baş verən hadisələrdə gənclər həyatlarını itirirlər. Odur ki, biz çalışmalıyıq ki, gənclərdən baş verən hadisələrdə düzgün istifadə edək".
Onun sözlərinə görə, İCAPP Gənclər Qolunun ilk iclası 2012-ci ildə Malayziyanın Kuala-Lumpur şəhərində həmin ölkənin baş nazirinin iştirakı ilə keçirilib. Dato Seri Şahidan Kasım inandığını bildirib ki, Bakıda öz işinə başlayan qurumun 2-ci toplantısı da çox məhsuldar olacaq: "Mən çox optimistəm ki, bizim ötən müddət ərzində gördüyümüz işlər 2015-ci ildə öz nəticələrini verəcək. Biz artıq növbəti mərhələyə qədəm qoyuruq".
O deyib ki, Bakıda keçirilən tədbirə Asiya ölkələrindən olan müxtəlif baxışlara malik gənclər qatılıblar: "Bu günün gəncləri sabahın liderləridir. Bu isə imkan verir ki, onlar gələcəyin siyasətçisi, lideri kimi qətiyyətli və vacib qərarlar qəbul edə bilsinlər".
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10484

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info