Qriqori Derluqyan: “Bu gün Ermənistan iqtisadiyyatı SSRİ-nin sonlarında olan səviyyədən də aşağıdır”
Tarix: 23.06.2019 | Saat: 20:26:00 | E-mail | Çapa göndər



Bu gün Ermənistanda yaşanan proseslər siyasətçilərin, ekspertlərin və sosioloqların qızğın müzakirələrində davam etməkdədir. Xatırladaq ki, ötən günlərdə müzakirələrə erməni əsilli amerikalı professor Qriqori Derluqyan da münasibət bildirib.
Derluqyanın fikrincə, inqilabi yolla hakimiyyətə gələn Nikol Paşinyan hökuməti ölkədə iqtisadi inqilab edəcəyini bildirsədə, əslində o buna hansı yolla nail ola biləcəyini hələ də müəyyənləşdirməyib. Doğrudur, Nikol ilk vaxtlar buna xaricdə yaşayan erməni əsilli iqtisadçılar vasitəsilə nail olmağa cəhd etsə də, xaricdəki erməni iqtisadçılar onun ümidlərini doğrultmadılar. Əslində, onlar da erməni olmalarına baxmayaraq, Paşinyandan görəcəkləri iş müqabilində haqq tələb edirdilər ki, bu da yeni erməni baş nazir üçün əlçatmaz idi. Təbii ki, bütün bunların sadə ermənilər üçün heç bir önəm daşımadığı aydın məsələdir. Onlar vaxtilə meydanda dəstək olduqları Paşinyandan hələ də ümidlə “yeni həyat” gözlədikləri bir vaxtda, xalqa verdiyi “iqtisadi inqilab” vədinin fiaskoya uğradığını anlamağa başlayan baş nazir ölkədə yetişməkdə olan etiraz dalğasının qarşısını almağın yollarını düşünür.
Paşinyanın hakimiyyətə gəldiyi ilk dövrlərdə Ermənistanın heç bir geosiyasi oyunlarda iştirak etməyəcəyini xatırladan Derluqyan, indi onun Avrasiya İqtisadi Birliyi ilə AB arasında seçim məsələsidə hələ də konkret bir fikrə gəlmədiyini yada salır. Amerikalı alimin fikrincə, hazırda Ermənistan iqtisadiyyatını ən azı, SSRİ-nin sonlarında olan bir səviyyəyə qaldırmaq şansını da artıq itirilib: “Bu gün Ermənistanın öz inkişaf yoli ilə getdiyini bəyan edən Paşinyanın dediklərinə rəğmən, respublikada baş verənlər hələ başa düşülməzdir. Adətən, hər hansı bir inqilabın ümumi xülasəsindən danışarkən, qeyd edilməlidir ki, bütün inqilablar ikinci radikalizasiya mərhələsindən keçir. Çox zaman döyüşün yeni bir şey qurmaqdan daha asan olduğu bildirilir. Ancaq bu gün Ermənistanın inkişaf yolunda hansı istiqamət götürə biləcəyi mənim üçün hələ də qaranlıqdır. Doğrudur, bütün ölkələrdə olduğu kimi, Ermənistanda da inkişaf üçün bir neçə mümkün ssenarilər var. Lakin iqtisadiyyatı yerində sayan, heç bir investisiya qoyulmayan ölkənin rəhbərliyinin bundan necə yararlana biləcəyi mənim üçün sual altındadır”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
25.01.2020
Ukraynada koronavirusla bağlı şübhəli üç hal qeydə alınıb
24.01.2020
Putin hazırkı və gələcək siyasətçilərin vəzifələrindən danışıb
24.01.2020
Ermənistanda sosial obyektlər kütləvi şəkildə bağlanır
24.01.2020
Ermənistan ordusunun müqaviləli hərbçiləri xidmətdən imtina edir
24.01.2020
“Ermənistan ordusu özünəqəsd, xəstəlik, korrupsiya və cinayət mənbəyidir”

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Türkiyə mətbəxindən “ Arnavut plovu“ -VIDEO
2 Batumidə Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb
3 20 Yanvar münasibətilə Koreyada 400 nəfər imkansız insana yemək paylanılıb
4 Abşeronda kişi keçmiş arvadının boğazını kəsib
5 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info