Azərbaycan MDB-də ən yüksək minimum əməkhaqqı olan ölkələr kateqoriyasına daxil oldu
Tarix: 23.06.2019 | Saat: 22:09:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev iqtisadi inkişaf, neft və qaz sektorundan əldə olunan vəsaitlər və islahatlar nəticəsində artan büdcə gəlirləri hesabına ərsəyə gələn növbəti sosial paketi ilə 2 milyondan çox insanın əməkhaqlarını artırdı. Dövlət başçısı bu gəlirləri yenə xalqın rifahına yönəltdi. Təbii olaraq əhalinin gəlirlərinin artması alıcılıq qabiliyyətinin artmasına müsbət təsir edəcək. Əlbəttə dövlət maaş və pensiyaları artırdıqda bu riskləri də nəzərə alır. Elə bu səbəbdən də sosial islahatlar iki mərhələyə bölünüb. Birinci artım məsələsi mart ayında başlayıb. İkinci artım isə yaxın aylara təsadüf edəcək. Odur ki, inflyasiyanın kifayət qədər aşağı olacağı gözlənilir.
"PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" videolayihəsi çərçivəsində Trend-ə müsahibə verən iqtisadçı-ekspert Vüqar Bayramov "Əhalinin gəlirlərinin artması inflyasiya və bahalaşmaya səbəb ola bilərmi?" sualı ətrafında nikbin danışıb.
İqtisadçı ekspert bildirib ki, istər əməkhaqqı, istərsə də pensiyadakı artımların istehlak bazarına təsirinin minimallaşdırılması mümkündür. Azərbaycanda minimum əməkhaqqının 2019-cu ildə iki dəfə - 100 faizə yaxın artırılması, nəticə etibarilə, son illər MDB ölkələrində müşahidə edilməyən bir haldır: "Təbii ki istisna hallarda bir sıra ölkələrdə bu tip artımlar olur. Nəticə etibarilə bu, ondan xəbər verir ki, Azərbaycanda vətəndaşlarımızın sosial təminatının gücləndirilməsi prioritetdir və hər zaman prioritet olaraq da qalmaqdadır. Eyni zamanda, Azərbaycan son artımlardan sonra MDB məkanında ən yüksək minimum əməkhaqqısı olan ölkələr kateqoriyasına daxil oldu. Nəticə etibarilə biz MDB-də ən yüksək minimum əməkhaqqı təklif edən ölkələrdənik".
V.Bayramov onu da vurğulayıb ki, sözügedən əməkhaqqı və pensiya artımı mərhələli şəkildə həyata keçirilib: "Minimum əməkhaqqının 100 faizə yaxın - iki dəfə artırılması birbaşa onunla bağlıdır ki, bazara iqtisadi və psixoloji təsir və təzyiqlər yaranmasın. Bu baxımdan mərhələli şəkildə həm minimum əməkhaqqı, həm də minimum pensiya məbləğinin artırılması bazara təsir və təzyiqləri minimallaşdırmaq məqsədi daşıyır. Nəticə etibarilə vəsaitlərin bazara mərhələli şəkildə daxil olması anlamına gəlir ki, bu isə təbii inflyasiya yaradıcı effektlərin məhdudlaşdırılması və tənzimlənməsinə imkan verir".
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 18-də minimum aylıq əməkhaqqının 180 manatdan 250 manata çatdırılması, dövlət qulluqçularının aylıq vəzifə maaşlarının 50 faiz, hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqlarının 40 faiz, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşlarının orta hesabla 20 faiz, dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşlarının orta hesabla 40 faiz artırılması haqqında bir sıra sərəncamlar imzalayıb.




 
Bölməyə aid digər xəbərlər
23.10.2019
Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı regionda təhlükəsizliyə təhdid yaradır
23.10.2019
“ABŞ tərəfdən verilən vədlər tam mənada yerinə yetirilmədi”
22.10.2019
“Avropalı müttəfiqlər Türkiyəni daha çox dəstəkləməlidir”
22.10.2019
Maksim Şevçenko: Aİ Azərbaycandakı aksiyadan narahatlıq ifadə etməkdənsə, İspaniya hökumətinə qarşı bəyanatlar versin
21.10.2019
Zəfərin Komandanı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info