“Azərbaycan tarixində erməni amili və onun tarixi kökləri” adlı elmi konfrans keçirilib
Tarix: 24.06.2019 | Saat: 16:28:00 | E-mail | Çapa göndər


İyunun 24-də “Azərbaycan tarixində erməni amili və onun tarixi kökləri” mövzusunda elmi konfrans keçirilib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutundan verilən məlumata görə, konfransın təşkilatçıları Tarix İnstitutu və Tətbiqi Tədqiqatlar Fondudur. Konfransı giriş sözü ilə açan Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bildirib ki, Azərbaycan xalqı terrora, soyqırımlarına və deportasiyalara ən çox məruz qalmış xalqlardan biridir: “200 ildir ki, xalqımız faciələrlə dolu bir tarix yaşayır. Bu qanlı tarix ermənilərin Cənubi Qafqaza köçürülməsi ilə başlayıb”. “Xalqımıza sovet dönəmində saxta tarix təqdim olunmuşdu. Guya Cənubi Qafqazın aborigen, yəni ən qədim yerli əhalisi ermənilərdir, biz isə Altaylardan köçüb gəlmişik. Belə halların qarşısını almaq məqsədilə İrəvan xanlığının tarixini və uydurma “Böyük Ermənistan” nəzəriyyəsinin əleyhinə kitablar çap etdirmişik. “Qarabağ: real tarix, faktlar, sənədlər”, “Naxçıvan: tarixi və abidələri”, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” və digər kitablar müxtəlif dünya dillərinə tərcümə olunaraq xarici ölkələrdə yayılıb”, - deyə akademik qeyd edib. Yaqub Mahmudov deyib ki, Azərbaycan tarixçilərinin əsas məqsədi real tariximizi dünya ictimaiyyətinə çatdırmaq və saxta erməni təbliğatının qarşısını almaqdır. Tarix İnstitutunda aparılmış tədqiqatlar nəticəsində sübut edilib ki, 1918-ci ilə qədər Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb. Konfransda “Sovet dövlətinin Cənubi Qafqazdakı milli siyasətində erməni amili” adlı məruzə ilə çıxış edən Tətbiqi Tədqiqatlar Fondunun sədri İbrahim Əliyev qeyd edib ki, sovet dönəmində erməni amilinin gücləndirilməsinə xüsusi qayğı göstərilib: “1948-1953-cü illərdə azərbaycanlılar Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiya olunmuş və orada xaricdən gətirilmiş ermənilər yerləşdirilmişdir. 1945-1985-ci illərdə Cənubi Qafqaza 150 mindən çox erməni köçürülüb”. Tarixçi alimlər Cəbi Bəhramov, Kərim Şükürov, İlqar Niftəliyev, Kamran İsmayılov və başqaları bildiriblər ki, ermənilər Cənubi Qafqaza gətirilmə etnosdur və bugünkü Ermənistan Respublikası Azərbaycanın tarixi torpaqlarında yaradılıb.

Anar




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
Aİİ-nin prorektoru Beynəlxalq Forumda iştirak edib
19.10.2019
Ukraynanın ali təhsil ocağında Azərbaycan dili və ədəbiyyatı ixtisası açılıb
18.10.2019
ADU-da “Haqq səsimiz” mövzusunda dəyirmi masa keçirilib
18.10.2019
UNEC-də Dövlət Müstəqilliyi Günü qeyd olunub
17.10.2019
“İbtidai sinif şagirdləri üçün dərsliklərin həftəlik dərs yükü çoxdur”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info