“BBC”: “Putinin səfəri Moskvanın İlham Əliyev hökumətinə dəstəyinin göstəricisidir”
Tarix: 14.08.2013 | Saat: 16:38:00 | E-mail | Çapa göndər


Rusiya ilə Azərbaycan arasındakı münasibətlər əvvəlki illərə nisbətən daha yüksək səviyyəyə keçir

Rusiya prezidenti Vladimir Putinin Azərbaycana reallaşdırdığı işçi səfər dünya mətbuatının diqqət mərkəzindədir. Səfərə böyük önəm verən nüfuzlu KİV-lər imzalanan sənədlərdən sonra Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə inkişaf edəcəyini qeyd edirlər. “BBC”nin səfərlə bağlı təqdim etdiyi məqalədə qeyd edilir ki, Putin yeni prezidentlik dönəmində Bakıya ilk dəfə səfər edib: “Oktyabr ayında Azərbaycanda prezident seçkilərinin keçiriləcəyini nəzərə alsaq, Putinin bu səfərini Prezident İlham Əliyevə dəstək kimi də dəyərləndirmək olar.
Səfərə qədər bəzi politoloqlar Rusiya ilə Azərbaycan arasında münasibətlərin soyuqlaşması ilə bağlı fikirlər səsləndirirdilər. Amma Bakıda hesab edirlər ki, son illər ərzində Putinin ilk dəfə Azərbaycana səfər etməsi Moskvanın İlham Əliyev hökumətini dəstəkləməsinin göstəricisi olmaqla yanaşı, oktyabrda keçiriləcək seçkiyə heç bir problem yaradılmayacağına işarədir. Təbii ki, Putinin bu qədər vaxtdan sonra səfər etməsi münasibətlərdəki mümkün gərginliyi aradan qaldırıb. Təxminən bir ay əvvəl «Rosneft»in rəhbəri İqor Seçin Bakıya səfər etdi və elə həmin vaxt bir çox suallara cavab tapıldı. Məhz onun səfəri vaxtı Rusiya və Azərbaycan dövlət başçıları arasında telefon danışığı baş tutdu. Azərbaycan müxalifəti Putinin bu səfərindən narazıdır. Onlar hesab edirlər ki, bu səfər regionun qüdrətli dövlətinin prezident seçkilərində namizədlərdən birinə faktiki dəstəyidir”.
Məqalədə qeyd edilir ki, avqustun 16-da türkdilli dövlət başçılarının sammiti ilə bağlı Azərbaycana regionun digər ağırçəkili dövlətlərinin rəhbərləri gələcək. Bu da indiki dövlət başçısına əlavə xallar qazandırır.
“BBC” qeyd edir ki, Putinin səfəri çərçivəsində imzalanan sənədlərdən sonra iki dövlət arasındakı əməkdaşlıqda yeni era başlayır: “Qarşıdakı 5 ildə, yəni İlham Əliyevin üçüncü prezidentlik dönəmində Azərbaycanın enerji sektoruna təxminən 60 milyard dollar sərmayə yatırılması gözlənilir. Bir müddət əvvəl rəsmi şəkildə elan edildi ki, İlham Əliyevin 10 illik hakimiyyəti dövründə neft-qaz sektoruna 64 milyard dollar investisiya yatırılıb. Bu rəqəmlər Azərbaycanı qarşıdakı illərdə necə böyük enerji bumu gözlədiyini təsdiqləyir. Əgər Rusiya bu oyuna qoşularaq hansısa layihəni ala bilsə, təbii ki, Rusiya ilə Azərbaycan arasındakı münasibətlər əvvəlki illərə nisbətən daha yüksək səviyyəyə keçəcək. Azərbaycan tərəfindən TAP layihəsinin seçilməsi də Kremllə rəsmi Bakı arasında heç bir narazılıq yaratmayıb. Məsələ ondadır ki, Rusiyanın «Cənub axını» kimi nəhəng layihəsi var və xəritəyə diqqət etdikdə görürük ki, Rusiya qazının nəqli Balkan ölkələrini, Cənubi Avropanı əhatə edir. Belə olan halda Rusiyanın rəqib TAP layihəsində pay almasına nə ehtiyac var?
Anar Miriyev







 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info