Putindən qəfil əmr: ordu döyüş təlimlərinə başladı
Tarix: 24.06.2019 | Saat: 16:41:00 | E-mail | Çapa göndər


Rusiya ordusunda gözlənilmədən döyüş hazırlığının yoxlanılmasına başlanılıb. Bu haqda Rusiyanın müdafiə naziri Sergey Şoyqu məlumat yayıb. O, bildirib ki, bütün orduda və Mərkəzi hərbi dairənin bütün qüvvələrində gözlənilməz döyüş hazırlığının yoxlanılması ilə bağlı göstərişi Rusiya dövlət başçısı Vladimir Putin verib. Rusiya Federasiyası Silahlı Qüvvələrinin rəhbər heyəti ilə toplantı keçirən Şoyqu deyib: “Bu gün Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ali Baş Komandanı Vladimir Putinin qərarı ilə Mərkəzi ordu dairəsindəki hərbi güclərin qəfil yoxlamasına başlanılıb. Gözlənilməz yoxlama səhər saat 06:00-da başlayıb. Mərkəzi ordu dairəsinin tam heyəti, Cənub və Şərq hərbi dairəsinin qismi heyəti, hərbi-desant qüvvələri və hərbi-nəqliyyat aviasiyasının daxil olduğu təlimlərə bəzi xüsusi qüvvələr də daxil edilib. Vacib dövlət və hərbi obyektlərin qorunması, hava hücumundan müdafiə, terror təhdidlərinin aradan qaldırılması, qanunsuz silahlı birləşmələrin və digər destruktiv hərbi güclərin məhv edilməsi ilə bağlı tapşırıqlar icra ediləcək”. Şoyqu gözlənilməz yoxlamaların iyunun 28-nə qədər davam edəcəyini və 35-dən çox poliqonda 50-dən çox təlim keçiriləcəyini elan edib. Rusiyanın müdafiə naziri bildirib ki, məqsəd Mərkəzi Asiya kimi terror təhlükəsinin olduğu regionda hərbi təhlükəsizliyin təmin edilməsini qiymətləndirməkdir. Qeyd edilir ki, qəfil yoxlanışın daha bir səbəbi bu il keçirilməsi nəzərdə tutulan “Mərkəz- 2019” adlı strateji komanda-qərargah təliminə hazırlığı yoxlamaqdır. “Mərkəz” adı verilən təlimlər hər 4 ildən bir keçirilir. Bundan əvvəlki təlim 2015-ci ildə keçirilib. Bu il keçiriləcək təlim Rusiya ordusunun döyüş hazırlığının yoxlanılması istiqamətində baş yoxlama olacaq. Rusiyanın müdafiə naziri xarici ölkə səfirlərinin hərbi attaşelərinin qəfil döyüş hazırlığı yoxlaması ilə bağlı məlumatlandırılması ilə bağlı göstəriş də verib.

Anar




 
Bölməyə aid digər xəbərlər
20.07.2019
Cari ilin birinci yarısında Gürcüstanda 150-yə yaxın insan itkin düşüb
20.07.2019
Ukraynada parlament seçkilərində təhlükəsizliyi xüsusi təyinatlılar qoruyacaq
20.07.2019
Gürcüstanda onkoloji xəstələrin sayı artıb
19.07.2019
İcevan hadisələri Paşiynvanın sonunu gətirə bilər
19.07.2019
Eldar Qasımov Gürcüstanda azərbaycanlı uşaqlarla bir arada

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info