Şarmazanov: “Rusiya-Gürcüstan münasibətlərinin pisləşməsi Ermənistan üçün ciddi problemlər yarada bilər”
Tarix: 24.06.2019 | Saat: 20:18:00 | E-mail | Çapa göndər


“Bu gün Rusiya ilə Gürcüstan, eləcə də ABŞ-la İran arasındakı siyasi gərginləşmə rəsmi İrəvanı olduqca çətin vəziyyətlə üz-üzə qoymaqdadır. Bu vəziyyət Ermənistan üçün ciddi problemlər yarada bilər”.
Qeyd edək ki, bu fikirləri Ermənistan parlamentinin keçmiş vitse-spikeri, Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov “Sputnik Ermənistan” saytına verdiyi açıqlamada bildirib. Maraqlıdır ki, Moskva ilə Tbilisi arasındakı münasibətlərin pisləşməsinin səbəbləri barədə danışan Şarmazanov burada Moskvanı “günahkar kimi” görmür. Onun fikrincə, hər bir ölkə ev sahibi kimi, öz ərazisində yüksək səviyyəli tədbirin təhlükəsizliyini təmin etməlidir. Sabiq erməni deputat hazırda Gürcüstanda baş verənləri xaricdən idarə olunduğunu da istisna etmir: “Rusiya-Gürcüstan əlaqələrindəki gərginlik Ermənistanın maraqlarına uyğun gəlmir. Rusiya bizim həm müttəfiqimiz, həm də bizə qardaş ölkədir. Elə qonşu Gürcüstanı da bizə qardaş ölkə kimidir”. Şarmazanovun fikrincə, Ermənistan mövcud vəziyyətdən heç bir dividend əldə etməyə çalışmamalıdır. Çünki bu proseslər təkcə iqtisadi baxımdan deyil, həm də siyasi baxımdan Ermənistana mənfi təsir göstərə bilər. Gürcüstan üzrə ekspert Conni Melikyan isə “Sputnik Ermənistan”a bildirib ki,
Gürcüstan və Rusiya arasındakı gərginlik erməni-gürcü münasibətlərinə təsir göstərməsə də bu vəziyyət İrəvanı narahat etməyə bilməz. Ermənistan-Gürcüstan münasibətlərinə üçüncü tərəfin təsirinin olmaması barədə İrəvanla Tbilisi arasında razılaşmanı xatırladan Melikyan son yaşantılara rəğmən narahatlığını da gizlədə bilmir. Onun fikrincə, Moskva ilə Tbilisi arasındakı gərginlik İrəvanı heç cür məmnun edə bilməz. Erməni ekspertin dedikləri başadüşüləndir. Çünki, Rusiya ilə Ermənistan arasındakı bütün iqtisadi əlaqələrin məhz Gürcüstan ərazisindən keçdiyini nəzərə alsaq, Melikyanın narahatlığını başa düşmək olar. O da maraqlıdır ki, Gürcüstan paytaxtında baş verən iğtişaşlarda bu ölkə ilə heç bir əlaqəsi olmayan ermənilərin də qatıldığı barədə məlumatları təkzib etməyə çalışan erməni hüquq müdafiəçisi Arman Tatoyan Tbilisidə həbs edilən Minas Minasyanın tələbə olduğunu bildirib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.07.2019
Cari ilin birinci yarısında Gürcüstanda 150-yə yaxın insan itkin düşüb
20.07.2019
Ukraynada parlament seçkilərində təhlükəsizliyi xüsusi təyinatlılar qoruyacaq
20.07.2019
Gürcüstanda onkoloji xəstələrin sayı artıb
19.07.2019
İcevan hadisələri Paşiynvanın sonunu gətirə bilər
19.07.2019
Eldar Qasımov Gürcüstanda azərbaycanlı uşaqlarla bir arada

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info