Zahid Oruc: “Mən Ana Vətən Partiyasındayam”
Tarix: 14.08.2013 | Saat: 17:10:00 | E-mail | Çapa göndər


“Namizədliyimi xüsusi hadisəyə çevirmək və ictimailəşdirmək lazım deyil”

Ana Vətən Partiyası sədrinin müavini olmuş, millət vəkili Zahid Oruc 2013-cü ilin oktyabr ayında keçiriləcək prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb. Bu isə Ana Vətən Parityası rəhbərliyində müəyyən qədər anlaşılmazlıqla qarşılanıb. Belə ki, partiya sədri Fəzail Ağamalı bu məsələyə müsbət münasibət bildirməyib. Bundan başqa bəzi media orqanlarında Zahid Orucun Ana Vətən Partiyasından çıxdığı və sair barədə məlumatlar gedib. Bununla bağlı əsl həqiqəti öyrənmək üçün millət vəkilinə müraciət etdik.
Z.Oruc “Palitra”ya açıqlamasında bildirdi ki, bu məsələdə narahatçılıq üçün heç bir əsas yoxdur: “Bu iş daha yaxşı formada yoluna qoyulacaq problemlər sırasındadır. Xüsusilə də seçki ilində bu marafonda əsas olan vətəndaşların düşüncələrinin ortaya qoyulmasıdlr. Bir təşkilatın bu məsələ ilə bağlı mövqeyi və ya ortaya qoyduğu sənədlər Konstitusiyadan üstün deyil. Mən seçkiyə Ana Vətən Partiyasının təmsilçisi kimi deyil, müstəqil olaraq qoşulmuşam və namizədliyim irəli sürülüb. Heç bir partiya təmsilçisindən və partiyadan da bu məsələdə yardım ummuram. Prosesdə müstəqil və aktiv iştirakı düşünürəm. Mən hər hansı bir qurumda da heç bir ikitirəliyin müəllifi deyiləm. Seçkini vətəndaşın istədiyi kimi keçirmək istəyiriksə, onda seçkilər yalnız partiyaların inhisarında olmamalıdır. İki aylıq dönəmdə partiyada fəaliyyətimin dayandırılması mümkündür. Bütün partiyalarda seçkili orqanlar və postlar öz vəzifələrini müəyyən vaxtdan sonra başa çatdırırlar. Mənim də bu baxımdan sədr müavinliyim, müavinlik səlahiyyətim şübhəsiz, ayın 3-də keçirilmiş partiya qurultayında başa çatıb. Müstəqil parlament üzvü kimi kampaniyaya qoşuluram. Bunu xüsusi hadisəyə çevirmək və ictimailəşdirmək lazım deyil. Mən partiyanın üzvü kimi qalıram”.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info