Cümşüd Nuriyev:”Rüstəm İbrahimbəyov qeyri-ciddi və əhli-kef bir insandır”
Tarix: 14.08.2013 | Saat: 18:10:00 | E-mail | Çapa göndər


Müxalifət düşərgəsində yaranmış çaşqınlığa daha bir olay da əlavə olunub. Əgər yaxın bir ay ərzində ortalığa vahid namizəd məsələsi ilə yanaşı, ehtiyat, alternativ, təklif olunan və s. kimi namizədlər də atılıb qalmaqal yaradılırdısa, indi qurumda müzakirəyə çıxarılan və hazırlanan sənədlərin ictimaiyyətə sızdırılması halları yaranmağa başlayıb. Belə ki, “milli şura”da kifayət qədər ciddi fiqur sayılan qurumun ictimaiyyətlə əlaqələr komissiyasının sədri Mehman Əliyev sensasion açıqlamalar edərək sözügedən birlik üçün hazırladığı “Putinə yazılan məktub”un hansısa yolla oğurlandığını deməsi müxalifətçiləri çətin durumda qoyub. Bu isə öz növbəsində “milli şura”da etimadsızlıq mühitinin yaranmasından xəbər verir. Bundan əlavə Rüstəm İbrahimbəyovun ciddi və möhkəm bir birlik kimi xarakterizə etdiyi “milli şura”da, elə qurum üzvlərindən biri tərəfindən oğurlanaraq mətbuata sızdırılan məktubun qorunub saxlana bilməməsi də burada nə qədər qeyri-ciddi şəxslərin toplaşmasından xəbər verdi.
Siyasi şərhçi Cümşüd Nuriyev “Palitra”ya verdiyi açıqlamada “milli şura”nın qaranlıq məqamlarının hələ çox üzə çıxacağını söylədi. Onun deməsinə görə, Mehman Əliyev kimi ciddi fiqurun dilindən belə ittiham və utanc doğuran bir məsələnin ortaya atılması “milli şura”da çatların daha da dərinləşməsindən xəbər verir: “Əslində hansısa razılaşdırılmış bir məktubun öz daxillərindən oğurlanaraq mətbuata sızdırılmasında qeyri-adi bir şey görmürəm. Çünki bizdə belə məsələlərə çox adi yanaşılmaq vərdişi yaranıb və bu təəssüf doğurur. Bundan öncə də müxalifətin yaratdığı təşkilatlarda bu tip məlumatların mətbuata ötürülməsi baş verib. Mehman Əliyev əslində “milli şura”nın fəaliyyətinin iqtidarın tam nəzarətində olmasını özü də bilmədən etiraf edib. Yəni, bu o deməkdir ki, Prezident İlham Əliyevin yürütdüyü ağıllı siyasət və Azərbaycan xüsusi dövlət orqanlarının öz vəzifəsini layiqincə icra eləməsi belə bir məsələnin gündəmə gəlməsinə səbəb oldu. Bu, əslində yaxşı amildir. Təsəvvür edin ki, o qurumdan başqa istiqamətdə də milli mənafelərimizə zidd olan sənədlərin hazırlanıb ünvanlanması halları ola bilərdi. Nə yaxşı ki, bunlar nəzarətdə qalıblar. Qısası, müəyyən mənada bu qurum da dövlətin nəzarətindən kənarda qala bilmir”

“Milli şura” iflasa uğradı”

Politoloq deyir ki, Mehman Əliyev kimi ciddi bir adamın bəyanatından sonra “milli şura” əslində dağılmalı idi. Müxalifətin yaratdığı hər hansı bir qurum nəzarətdədirsə, deməli burada etibarsızlıq mühiti də yaranıb: “Həmin məktub öz daxillərindən müəyyən maddi maraqlar müqabilində mətbuata da sızdırıla bilər. Bu o deməkdir ki, “milli şura” artıq hər cür konfidensiallıqdan kənardadır. Qurumun üzvlərinin heç biri konfidensiallıqla bağlı sığortalanmayıb və qurumda gedəcək proseslər birmənalı şəkildə yönəldirilir. Çünki müraciətin üzə bu şəkildə çıxması “milli şura” ideyasının bir daha hansısa xarici mətbəxdə hazırlanmasını əvvəlcədən söyləyənlərin təsdiqi idi. Xatırlayırsınızsa, Gürcüstan prezidenti də “milli şura”nın xarici dövlətlərdən birinin layihəsi olduğunu demişdi. Qurumdakıları daha çox narahat edən isə iqtidarın yürütdüyü səbirli və ağıllı siyasət nəticəsində “milli şura”nın iflasa uğraması idi. Necə ki, bu artıq baş verir. O qorxunun qabağını almaqdan ötrü bu məktubu da hazırladılar. Bu da mətbuata təsadüfən sızdırılmadı”.

“Eldar Namazov qaçacaq”

Cümşüd Nuriyev onu da vurğuladı ki, kinodramaturqu özlərinə rəhbər seçən bir toplumdan nəinki oğurluq, hətta xəyanət də gözləmək olardı: “Milli şura” sədrinin nə ayın 1-də, nə da 31-də gəlməyəcəyini dəfələrlə bəyan etmişdim. Bu adam qeyri-ciddi bir şəxsdir. 75 yaşında olan əhli-kef bir insan həmişə kino, incəsənətlə məşğul olub. Həyatının demək olar ki, yarısını xaricdə və Rusiyada yaşayan biri olaraq, Rüstəm İbrahimbəyov vətəndaşlıqdan çıxmağın necə prosedur olduğunu bilmirdi? İndi nəinki İbrahimbəyovun, hətta onun ətrafında toplaşan müxalifətçilərin yeri və vaxtı deyil. İndi siyasət peşəkar, dünya səviyyəsində, siyasətdən qlobal səviyyədə başı çıxan insanların yeridir.
İbrahimbəyov özünə lazım olanları artıq əldə edib. O maliyyəsini artıq götürüb və ssenaridə özünə ayrılan baş rolu icra etdi. İndi “milli şura”da yeni rolların ayrılması Eldar Namazovun planıdı. Namzaov aparacı statusda çıxış etməyə çalışır. Hətta artıq bir çoxları da onun arxasınca getməyə başlayıb. Eldar Namazov istənilən vaxtı lazımi siyasi addım ataraq, özünü hər cür siyasi təxribatlardan gizlədə biləcək. Amma digərləri bu uçurumu görməyərək özlərini atacaqlar. Bu isə radikal müxalifətin məhvi deməkdir. Qısası “milli şura” üzvləri indiki halda üzə çıxan oğurlanmış məktublar və s.-dən deyil, Eldar Namazov faktorundan qorxmalıdırlar. Çünki bu adam onlara çox baha başa gələcək. “Milli şura” daxilində dövlətin siyasi sistemini güc yolu ilə dəyişdirmək təklifləri gündəmə gəlib. Bunlar təsadüfi məsələlər deyil. Bu, Azərbaycan Konstitusiyasına ziddir və belə addımar dövlət çevrilişinə cəhd kimi qiymətləndirilə bilər. Ancaq bunları müxalifətçilərə, görünür başa salan yoxdur. Eldar Namazovun dedikləri ilə oturub-duranlar təbii ki, belə dərindən düşünməzlər. Bu adam hiyləgər olmaqla yanaşı, çox məkrli bir insandır. O missiyasını yerinə yetirib, aradan çıxacaq. Ortada qalan ənənəvi müxalifət olacaq. Təsadüfi deyil ki, bir müddət öncə İctimai Palata da əvvəlki fəaliyyətini bərpa etmək haqda qərar vermişdi. Onlar bunu “milli şura”nın gözləniləndən artıq yolunu dəyişməsi ilə əlaqələndirmişdilər. Məsələni konkretləşdirsəm, müxalifət daxilində elə qarışıq durum yaranıb ki, artıq hər kəs İbrahimbəyovun nə zaman Bakıya dönəcəyi haqda deyil, nə qədər paxırının açılacağı və nə qədər maliyyə qopara biləcəyi haqda düşünməyə başlayıb”.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info