“Ehtiyac içində yaşayan erməni xalqını artıq yalan vədlərlə aldatmaq mümkün deyil”
Tarix: 25.06.2019 | Saat: 13:49:00 | E-mail | Çapa göndər


Lori əyalətinin işsiz sakinləri körpünü bağlayıblar

“Mən bu gün sevinclə sizə bildirmək istəyirəm ki, yüzdən artıq yeni işçinin də qatıldığı Loridəki Tehut mis-molibden yatağında işlər yenidən başlayıb. Belə düşünürəm ki, orada hər şey öz qaydası ilə davam edəcək». Qeyd edək ki, bu fikirləri 2018-ci il dövlət büdcəsinin icrası ilə bağlı hesabatın müzakirəsi zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan yekun nitqi zamanı bildirmişdi.
Maraqlıdır ki, Paşinyanın bu bəyanatından bir neçə saat sonra Lori əyalətinin Tehut, Şnox, Karkop kəndinin sakinləri Tehut- Şnox yolu arasındakı körpünü bağlayaraq, erməni baş nazirin dedikləri yalanlara rəğmən, ondan iş tələb ediblər.
Qeyd edilməlidir ki, Ermənistan parlamenti tribunasından xalqı aldadan Paşinyanın dediklərinə münasibət bildirən Tehut kənd sakini baş nazirin yalanlarını şərh edib: «Paşinyanın işlə təmin olunan hansı 100 nəfərdən danışdığını biz başa düşmürük. Əgər doğrudan da 100 nəfər işlə təmin olunubsa, belə olan halda, bizim etiraz etməyimizə nə ehtiyac vardı».
Baş verənlərə münasibət bildirən Tehut kəndinin icra nümayəndəsi kəndin etiraz edən sakinləri ilə görüşdüyünü və onlardan körpünün açılması üçün çağırış etdiyini bildirib. Erməni icra nümayəndəsi, əslində, bunun məsələnin həll variantı olmadığını da etiraf etmək məcburiyyətində qalıb: «Yerli sakinlər işləmək istəyirlər.

«Paşinyanın işlə təmin olunan hansı 100 nəfərdən danışdığını biz başa düşmürük. Əgər doğrudan da 100 nəfər işlə təmin olunubsa, belə olan halda, bizim etiraz etməyimizə nə ehtiyac vardı»

Doğrudur, mən onları müəyyən müddət üçün sakitləşdirib körpünün açılmasına nail olsam da, lakin bunun yaxın vaxtlarda təkrar oluna biləcəyinə heç bir təminat verə bilmərəm. Çünki ehtiyac içində yaşayan xalqı yalan vədlərlə artıq aldatmaq mümkün deyil». Qeyd edilməlidir ki, tehutlu həmkarının fikirləri ilə razılaşan Şnox kəndinin icra nümayəndəsi də baş nazirin yalanlarını konpensasiya etmək üçün bu sahəyə səlahiyytli şəxslərdən Tehut mis-molibden yatağında əlavə iş yerləri açılması üçün müraciət etdiklərini bildirib.
Xatırladaq ki, Tehut mis-molibden yatağı 2018-ci ilin yanvarında kredit öhdəlikləri ilə bağlı problemlər üzündən rəsmi olaraq bağlanıb. Bundan bir müddət sonra yatağın əmanətinin idarə edilməsi Rusiyanın VTB bankına verilib. Təbii ki, kredit öhdəlikləri əvəzinə... Yatağın yenidən açılmasının təşəbbüskarlarından bir olan Karen Mikaelyan baş nazirin yeni işçilərin işlə təminatı ilə bağlı məlumatı haradan götürdüyünü anlamasa da hələlik sahədə tərəddüdlə tədqiqat apardıqlarını, bu işin hansı effekt verə biləcəyini müzakirə etdiklərini bildirib.
O da qeyd edilməlidir ki, erməni ekoloq Levon Qalstyan Tehut mis-molibden yatağının yenidən fəaliyyətə başlamasını qəbuledilməz sayır. Onun fikrincə, yataq yaranmış çöküntülər üzündən hər an dağıla bilər: «Ona görə də mis-molibden yatağının yenidən istismara verilməsi qəbuledilməzdir».
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
11.07.2019
Paşinyanın reytinqi 53 faizə enib
09.07.2019
Əli Kərimli xaricdən göstəriş aldığını etiraf etdi...
03.07.2019
Erməni ekspert: “Ermənistan iqtisadiyyatı dəhşətli vəziyyətdədir”
02.07.2019
Paşinyan hökuməti əhalinin gözləntilərini doğrulda bilmədi
01.07.2019
Ölkədəki sabitlik xaricdə məskunlaşan “jurnalistlər”in xoşuna gəlmir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info