Səbailli məktəblilərin Qubada təşkil olunmuş yay istirahəti başa çatıb
Tarix: 14.08.2013 | Saat: 18:43:00 | E-mail | Çapa göndər


Səbail Rayon İcra Hakimiyyəti, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və “Çağ Öyrətim İşlətmələri” şirkətinin birgə həyata keçirdikləri layihəyə yekun vurulub.
Səbail Rayon İcra Hakimiyyətindən bildiriblər ki, layihə çərçivəsində böyüməkdə olan nəslin yay istirahətlərinin mənalı və səmərəli təşkili, onların Vətənə məhəbbət, dövlətçilik ruhunda tərbiyəsi məqsədi ilə Quba rayonunda təşkil olunmuş “Şahinlər” hərbi-vətənpərvərlik təmayüllü düşərgədə yeniyetmələrin yay istirahəti başa çatıb. Səbail rayonunda “Şahinlər” yay istirahət düşərgəsinin təntənəli bağlanış mərasimi keçirilib. Səbail rayonunda yaşayan Qarabağ müharibəsi veteranları və əlillərinin övladları, rayonun aztəminatlı ailələrindən olan və əsas etibarilə aztəminatlı ailələrin yaşadığı Bayıl və 20-ci sahə ərazisində, Badamdar və Bibiheybət qəsəbələrində yaşayan və rayonun orta məktəblərində təhsil alan şagirdlər, həmçinin “SOS-Azərbaycan” uşaq kəndində tərbiyə alan 200 nəfər uşaq üçün Quba şəhərinin ən mənzərəli yerində yerləşən Bakı Türk Liseyinin Quba filialının ərazisində təşkil olunmuş hərbi-vətənpərvərlik təmayüllü ödənişsiz “Şahinlər” yay istirahət düşərgəsində iki həftə davam edən mənalı və yaddaqalan istirahət uşaqların xatirində silinməz izlər buraxıb.
Səbail Rayon İcra Hakimiyyəti və Daxili Qoşunlar tərəfindən xoş istirahət üçün hər cür şərait yaradılan düşərgədə şagirdləri gələcəkdə hərbi xidmətə layiqincə hazırlamaq məqsədi ilə burada hərbi-səhra çadırı qurulub, səhra mətbəxi yerləşdirilib, həyətdə ümummilli lider Heydər Əliyevə, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə, ölkədə davam edən ordu quruculuğuna, Azərbaycanın Milli Qəhrəmanlarına, Milli Qəhrəman Mübariz İbrahimova, Daxili Qoşunların fəaliyyətinə, bu il 8–ci dəfə təşkil olunan “Şahinlər” düşərgəsinin tarixinə həsr olunmuş stendlər asılıb. Düşərgədə məşğələlərin hərbi nizamnaməyə uyğun tərzdə keçirilməsi uşaqların istirahətini daha da maraqlı və yaddaqalan edib.
Uşaqların rayonun görməli yerlərinə, tarixi guşələrinə, soyqırımı qurbanlarının Qubadakı məzarlığına gəzintiləri təşkil olunub, istirahətin birinci günündə Daxili Qoşunlar tərəfindən hərbi-səhra məşğələləri təşkil olunaraq gün ərzində şəxsi heyətin yeməyi hərbi-səhra mətbəxi vasitəsilə verilib. Məktəblilərin təlimləri Daxili Qoşunların Quba şəhərindəki hərbi hissəsində keçib, burada onlar hərbi hissənin şəxsi heyətinin xidməti, yaşayış şəraiti, silah və texnikası ilə yaxından tanış olunmuş, xüsusi təyinatlı bölüyün məşqlərinə qatılıblar.
Düşərgədə məktəblilərə Vətənimizin, xalqımızın tarixindən bəhs edən dərsləri müxtəlif mövzularda məşğələlər, müxtəlif maraqlı görüşlər keçirilib, filmlər nümayiş etdirilib. Yeniyetmələrin hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində “Azərbaycan Ordusu: nizam-intizam hərbçilərə xas olan vacib xüsusiyyətdir”, “Dağlıq Qarabağ problemi və müasir dünya” mövzularında məşğələlər, hərbiçilərin bilavasitə iştirakı ilə ibtidai hərbi hazırlıq, mülki müdafiə və ilk tibbi yardım təlimləri də təşkil olunub. Düşərgənin bağlanışı ilə əlaqədar təşkil olunmuş tədbirdə iştirak edən layihə təşkilatçıları - Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və digər qonaqlar uşaqların istirahəti, burada onlar üçün yaradılmış şəraitlə yaxından tanış olub, idman yarışlarında qalib gəlmiş şagirdlərə xatirə medalları və uşaqların tərbiyəsi işlərində fərqlənmiş dəstə rəhbərlərinə və hərbiçilərə qiymətli hədiyyələr təqdim ediblər. Yeniyetmələr qonaqlar qarşısında hərbi keçid, müxtəlif hərbi təlimlər və istirahət dövründə öyrəndiklərini nümayiş etdiriblər. Respublikamızın tanınmış incəsənət xadimləri və Daxili Qoşunların hərbi orkestrinin iştirakı ilə keçirilən bayram konsertində düşərgədə istirahət edən uşaqlar da öz məharətlərini göstəriblər. Maraqlı istirahətdən sonra Bakıya qayıdan məktəblilər, onların valideynləri bu istirahətin təşkilində əmək sərf etmiş təşkilatçılara öz minnətdarlıqlarını bildiriblər.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
2500-dən çox uşağın doğulmasına görə elektron qaydada birdəfəlik müavinət təyin edilib
20.10.2019
“İlham Əliyevin tapşırığı ilə komissiya yaradılıb”
20.10.2019
Azərbaycanda avtomobil almaq asanlaşdı
19.10.2019
Gələn il orta aylıq əməkhaqqı 15,5 faiz artırılacaq
19.10.2019
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info